22 May 2018 16:45
22467
ƏDƏBİYYAT

Kinomuz da ədəbiyyatımızın tayı olub... - SORĞU

Müasir Azərbaycan ədəbiyyatında təsdiqini tapmış birneçə əsərlər var ki, onlar haqda filmlər çəkmək olar. Bəs yazarlarımız hansı əsərin üstündə dayanır.

Adalet.az bu barədəyazıçıların münasibətini öyrənib.





Yazıçı SəfərAlışarlı:"Bizim kinomuz da ədəbiyyatımızın tayı olub. Təsəvvüredin ki, mənim ən çox xoşuma gələn iki-üç Azərbaycan filmindən biri "Bəxt üzüyü”dür.Çünki bu filmdə konyunktura azdır, Vaqif Səmədoğlu zəkasının itiliyi və korrektəsivar. Azərbaycan kinosunun simasında kinematoqrafı ümumiyyətlə sevmirəm, baxmaqmümkün deyil. Utanmaz-utanmaz da o siyasi xalturaları bu gün də xalqa göstərməkdədavam edirlər. Mən hansısa əsərimi indi bizim kinoya etibar etməzdim.”




Yazıçı Azad Qaradərəli: "Kuma-Manıç çökəkliyi”ninekranlaşdırılmasını çox istərdim. Sabir Əhmədli "Yamacda nişanə”,Əkrəm Əylisli "Kür qırağının meşələri”, Şərif Ağayar "Haramı”, Aqşin Yenisey "Göləqarğısancan” və bir də Mübarizin "Qar tanrısı” mətnlərində ekran elementləriçoxdur məncə. Təbii ki, güclü ssenarist və rejissor işi olmaqla.”









Şair Aqşin Yenisey: "Nəriman Əbdülrəhmanlının"Yalqız” və Zakir Sadatlının "Əfqanstan uçrumu” romanlarının adını çəkə bilərəm.Bu romanların mövzusu Azərbaycan kinosunda əl dəyməmiş mövzulardır.”








Yazar Xalid Kazımlı:"Əslində filminin çəkilməsinəlayiq olanların, demək olar ki, hamısına film çəkilib. Həm də bir əsəri götürübfilm çəkəndə elə çəkəsən ki, ən azı əsərin özü qədər maraqlı alınsın. Fərman Kərimzadənin"Qarlı aşırım” romanının 60-65 səhifəsi kifayət edib ki, ortalığa"Axırıncı aşırım" kimi mükəmməl bir bədii film çıxıb. Hazırda hansısaəsərin adını çəkməyə çətinlik çəkirəm.”





Telejurnalist ElçinƏIibəyli: "Ümumiyyətlə romanın ekran həlli bizim üçün çox önəmlidir.Çünki, oxumayan kütlə üçün yeganə təsir gücü audiovizual sənətdir. Bununlabağlı xeyli misallar çəkmək olar. Amma, qəribədir ki, Sabir Rüstəmxanlının vəElçinin, Aqil Abbasın romanlarının ekran həlli böyük uğur qazanmadı və genişyayılmadı. Bunun səbəbkarı kimi mən kinosənayesinin vacib qolu olan kinomarketinqi və tv-lərin biganə münasibətini görürəm. Dövlət tərəfindən maliyyələşənkinoların çəkilməsindən söhbət gedirsə burada məncə, daha çox tarixi mövzularönə çəkilməlidir. Çünki, çağdaş tamaşaçı yaxın tariximizi yaxşı bilmir. Ancaq bədiiməziyyətləri baxımından fikir söyləsək düşünürəm Qan Turalın, Əliabbasın, FəxriUğurlunun, Seymurun, Rafiq Tağının və yaxşıca unutduğumuz (indi onu ancaq şairkimi tanıyırıq) Baba Vəziroğlunun nəsri ekran həlli üçün daha yatımlıdır.Əslində son illər bir neçə uğurlu roman çap olundu. Amma onların ekran həllinindramaturji əsaslarını görə bilmirəm. Bir çoxu hadisəlilikdən uzaq, təsvir üzərindəqurulduğundan onun ekaran həlli də çətinləşir. Bir də mütləq bu filmin kim üçünçəkilməsi dəqiqləşməlidir. Əgər festival üçündürsə yuxarıda dediyim müəlliflər.yox əgər kütləvi tamaşaçı üçündürsə o zaman Varis, Elxan Elatlı nəsri dahauyğun gəlir. Yəni seyrçi fokus-qrupuna görə əsər seçilməlidir ki, onun əhəmiyyətiolsun. Əks halda son on ildə çəkilən filmlər kimi nə festivallıq, nə dətamaşaçılıq olacaq. "Nabat” filmini istisna etməklə.”



Yazıçı NarıngülNadir: "Mübariz Örənin "Ağ buludlar” romanına film çəkilməsiniistəyərdim. Romanın strukturu, çoxşaxəli olması, özünəməxsus təhkiyəsi,müasirliyi buna imkan verir. Bu roman həm də yaxın keçmişimizi – keçid dövrününmüəyyən ştrixlərini özündə əks etdirir. Təbii ki, əgər ortada peşəkar rejissorişi olarsa bu romandan dünya səviyyəsinə çıxarılacaq bir film çəkmək olar.”






Yazar Sevinc Elsevər:"Seymur Baycanın"Quqark” romanı əsasında yaxşı ssenari yazmaq olar. Nəinki romanın , balaca birhekayənin də əsasında ustad ssenarist yaxşı bir ssenari yaza bilər. ŞərifAğayatın neçə hekayəsi var, -biri elə " Şəkil" hekayəsi,- gözəl filmqurmaq olar o hekayələrin üstündə. Hətta Şərifin bir neçə hekayəsini birləşdiribtammetrajlı film də eləmək olar. Ssenari sahəsi zəifdi bizdə. Yaxşı bir romanıelə günə qoya bilərlər, mat qalarsan. Sualı belə qoymusan ki, hansı romanın əsasındafilm çəkmək olar? Roman nədi, yaxşı ssenarist cıqqılı bir şeirin motivləri əsasındaelə ssenari yazar ki, romandan o cür ssenari çıxmaz. Film çəkmək imkanımolsaydı, Azərbaycan ədəbiyyatından gen-bol yararlanardım. Azərbaycan kinosuyaranan gündən böyük uğurlarının 80 faizini milli ədəbiyyata borcludur. Bu gündə çağdaş ədəbiyyatımız kinematoqrafiyaya çox şey verə bilər.