adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Mart 2020 12:13
34795
MARAQLI

Kim deyir ki, ancaq bayağı şeylər trend olur?

Youtube elə bir məkanaçevrilib ki, artıq öz istifadəçilərinə pul qazandırır. İstər bayağı bir şey,istərsə də faydalı bir şey olsun, əgər abonə sayın nə qədər çoxdursa,videolarına nə qədər çoxlu like gəlirsə və baxış sayı nə qədər çoxdursa, bir oqədər çox qazanırsan. Üstəgəl, trend olan bir video gördülərmi, dərhal şirkətləröz reklamını sənin videonun üzərinə yerləşdirmək istəyir. Qıraqdan baxana asangörsənir, amma youtube-da hər "bu mütləq partladacaq” düşündüyün video trendola bilmir. Çünki youtube müəyyən alqoritmlərlə işləyir. Videonu yerləşdirərkənbu alqoritmlərlə işləməlisən. Ki, bu işin də sırf peşəkarları var. Onlar bu sahəüzrə mütəxəssisləşiblər.

Yəni maraqlı birvideo çəkdim, tutuzdurdum məsələsi deyil.

Nəzərə alsaq ki,youtube-da öz istifadəçilərinə pullu reklam fürsəti verir, demək ki, birvideonun böyük kütlələrə çatması həm də pul tələb edir.

Bu gün youtube-untrendinə daxil olan azərbaycanlılar, yəni bəyənmədiyimiz "müğənnilər”, bu baxışsaylarını həm də pulun hesabına əldə edirlər. O videoların statistikasını əldəetsəniz, mütləq ki, baxışların yarısından çoxu başqa ölkələrin payına düşəcək.

Və nəzərə alsaq ki,bir istifadəçidən bir videoya maksimum 300 baxış gedə bilir, nəticədə deməli, 300000baxışı olan bir videoya maksimum 1000 adam baxıb.

Dəfələrlə saxtayollarla baxış artıran kanalların bağlandığını görmüşük.

Bu kanalların trendolmasının göstəricisi videolarına gələn baxış sayından çox, kanala abonəolanların sayıdır. Yəni mən belə düşünürəm.

Siz elə bilirsiz ki,bu video məkanda ancaq bayağı şeylər trend olur?

Xeyr.

İndi sizə tövsiyə edəcəyimadamın youtube-da 5 milyona yaxın abonəsi var.

Adı Barış Özcandı.

Artıq 2 aydan çoxdurki, bu adamı izləyirəm.

23 iyul 1974-cü ildəİstanbulda doğulub. İxtisasca hüquqşünasdı. Evlidi, 1 övladı var.

Nyu-York vəİstanbulda Adobe, BASF, THY, LC Waikiki, Türk Telekom, LinkedIn, NYMag, TimeOut NewYork kimi markalara məsləhətçilik edir və sosial media xidməti göstərir.

Bununla yanaşı öz sənədli filmlərini youtube-dapaylaşır. Sənət, dizayn və texnologiya ilə bağlı hekayələrini 4 milyondan çoxadam 300 milyon dəfə izləyib.

Bundan əvvəllər Photoshop, Flash, PDF kimi proqramməhsullarını inkişaf etdirən, Adobe-da 6 il müddətində Ağ dəniz ölkələri sarışmüdirliyi edib.

TRT, Əl-Cəzirə, CNN Türk kimi kanallarda sənədlifilmlər hazırlayıb.

Bu günə kimi içindəTEDx-ın də olduğu müxtəlif konfranslarda 600-dən çox çıxışı olub.

YouTube'un dünya səviyyəsindəseçdiyi 12 dəyişiklik elçisindən biri oldu.

Yəni Barış Özcansıradan bir videobloqer deyil.

Onu bu qədər böyükkütləyə çatması həm də nəql etmə qabiliyyətinin yüksək olması ilə bağlıdır ki, indiyəqədər konfranslardakı 600-dən çox çıxışı da bunun göstəricisidir.

Barış Özcan haqqındabildiklərim bu qədərdir.

Sizə bu yazı ilə onutanıtmaq istədim.

Qalanı sizlikdir…

Youtube-a girin,adını axtarın, izləyin….