adalet.az header logo
  • Bakı -°C
03 Sentyabr 2026 20:42
59
DÜNYA
A- A+

Kastronun nəvəsi də ABŞ-nin "qara siyahı"sına düşdü

ABŞ Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsinə qarşı sanksiyalar tətbiq edib.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında deyilir.

Sanksiyalar siyahısına Fidel Ernesto Kastro Kaliz də daxildir. Məhdudiyyətlər, həmçinin, Kuba Xarici Ticarət Bankı, Comercial Cupet, Nicarotec, Abapet və Cexni-yə də tətbiq edilib.