Putin: ABŞ ilə münasibətlərin bərpasına ümid edirik
Rusiya ABŞ ilə tamformatlı münasibətlərin bərpasına ümid edir.
Adalet.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu RF Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında bəyan edib.
"Amerika administrasiyası ilə əlaqələrimizə gəlincə, onlar davam edir. Biz onlarla indiyədək də əlaqədəyik. Ümid edirəm ki, bu əlaqələr davam edəcək", - Putin deyib.
Onun sözlərinə görə, Rusiya ABŞ ilə münasibətlərin tamformatlı rejimdə bərpasını dəstəkləyir, lakin bu yalnız Moskvadan deyil, həm də ABŞ tərəfindən asılıdır.
V.Putin həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp pozitiv və konstruktiv işə köklənib.
"Prezident Tramp başa düşdüyüm qədər hiss edir və görürəm ki, belə pozitiv və konstruktiv işə köklənib", - o əlavə edib.
Digər Xəbərlər
03 Sentyabr 2026 13:41
Rusiyada səfərbərlik olacaqmı? - Putin AÇIQLADI
03 Sentyabr 2026 13:19
Simonyan Bakıya mümkün səfəri barədə DANIŞDI
03 Sentyabr 2026 12:31
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
03 Sentyabr 2026 11:55
Moskvanın hava limanları uçuşları dayandırıb
03 Sentyabr 2026 11:52
Putin təbliğatçılarının mühavizəsini gücləndirir
03 Sentyabr 2026 11:10
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
03 Sentyabr 2026 11:00
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti ilə Hərbi Kəşfiyyat arasında qarşıdurma
03 Sentyabr 2026 10:52


Bakı -°C

