Simonyan Bakıya mümkün səfəri barədə DANIŞDI
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan sentyabrın 1-də Bişkekdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra Bakıya səfər edəcəyini istisna etməyib.
Adalet.az xəbər verir ki, bu barədə Simonyan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Hacıyevlə görüşün əsas mövzusu Azərbaycan və Ermənistan arasında sülh prosesinin dərinləşdirilməsi ilə bağlı olub:
"Mən məmnunluqla deyə bilərəm ki, Azərbaycan tərəfi sülhün bərqərar olmasına yönəlmiş bütün addımları atır və bundan sonra da atacaq".
Simonyanın sözlərinə görə, tərəflər həll olunmamış məsələlərin tənzimlənməsi üçün yeni mexanizmlər tətbiq etmək barədə razılığa gəliblər.
Bakıya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib:
"Mən belə bir səfər edəcəyimi istisna etmirəm, lakin konkret tarix deyə bilmərəm".
Digər Xəbərlər
03 Sentyabr 2026 13:41
Rusiyada səfərbərlik olacaqmı? - Putin AÇIQLADI
03 Sentyabr 2026 13:21
Putin: ABŞ ilə münasibətlərin bərpasına ümid edirik
03 Sentyabr 2026 12:31
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
03 Sentyabr 2026 11:55
Moskvanın hava limanları uçuşları dayandırıb
03 Sentyabr 2026 11:52
Putin təbliğatçılarının mühavizəsini gücləndirir
03 Sentyabr 2026 11:10
Odessada yaşayış binası vuruldu: 17 yaralı var
03 Sentyabr 2026 11:00
Kiyevdə Ukrayna Təhlükəsizlik Xidməti ilə Hərbi Kəşfiyyat arasında qarşıdurma
03 Sentyabr 2026 10:52


Bakı -°C

