"Kartdan karta" üsulu ilə işləyən daha 467 sahibkar cəzalandırıldı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakıda iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 467 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.
Adalet.az xəbər verir ki, həmin obyektlərdə istehlakçılara nağdsız ödənişlər üçün “kartdan-karta” köçürmələrin təklif edildiyi, bəzi hallarda isə POS-terminalların qeydiyyat ünvanı üzrə istifadə olunmadığı aşkarlanıb. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.
"Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
07 Sentyabr 2026 09:19


Bakı -°C

