Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişikliklər edilib".
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, yeni dəyişikliklərə əsasən, Zəngəzur dəhlizi istifadəyə veriləndən sonra Naxçıvan üçün yeni güzəştlər tətbiq ediləcək.
"Proqrama əsasən, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların quru yolu ilə ixracı üçün yeni imkanlar yaranacaq, bu imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması məqsədilə müxtəlif güzəştlərin tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq. Sənədə əsasən, dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvanda sahibkarlara dəstək mexanizmi daha da genişləndiriləcək.
Proqramda qeyd edilir ki, güzəşt tədbirləri Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək, regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışını sürətləndiriləcəkdir. Bu çərçivədə, yerli məhsulların rəqabətqabiliyyətliliyini artırmaq və daşıma xərclərini optimallaşdırmaq məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmləri tətbiq olunacaq".
Deputat qeyd edib ki, yeni güzəştlər Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə xidmət edəcək: "Bu Naxçıvanda istehsal edilən məhsulların daha böyük bazarlara çıxış imkanlarını təmin edəcək. Proqramda nəzərdə tutulan tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, iqtisadiyyatda yerli istehsalın rolunun güclənməsinə kömək edəcək. Bu, Naxçıvanın inkişafında yeni mərhələnin başlanması demək olacaq".
Digər Xəbərlər
22 Oktyabr 2026 12:11
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
22 Oktyabr 2026 10:32
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı
22 Oktyabr 2026 10:09
Xaricə gedənlərin sayı azalıb
21 Oktyabr 2026 22:00
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
21 Oktyabr 2026 11:44
Azərbaycanda yağ kəskin bahalaşdı
21 Oktyabr 2026 10:20
AZƏRBAYCANDA DAĞ-MƏDƏN EKOLOGİYASININ İNKİŞAF PERSPEKTİVLƏRİ
21 Oktyabr 2026 08:04
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
20 Oktyabr 2026 13:18


Bakı -°C

