"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Özbəkistanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
"Əgər iqtisadi münasibətlərimizin inkişaf templərindən danışsaq, son beş ildə ikitərəfli ticarətin həcmi üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə 5 milyard dolları ötüb", - o bildirib.
Onun sözlərinə görə, son illər Azərbaycan və Özbəkistan arasında münasibətlər strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq xarakteri alaraq ən yüksək səviyyəyə çatıb.
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və səmimi dostluq münasibətlərimizin sürətli inkişafında və onların keyfiyyətcə yeni mərhələyə qədəm qoymasında həlledici rol oynayır", - Ş. Mustafayev bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətləri tarixində daha bir mühüm mərhələyə çevrilib:
"Səfər zamanı Azərbaycan və Özbəkistanın Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib. İkitərəfli münasibətlərin bütün əsas istiqamətləri ətraflı müzakirə edilib və gələcək əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib. Səfərin ən mühüm və tarixi nəticəsi Azərbaycanla Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması olub".
Onun sözlərinə görə, bu sənəd ölkələr arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha da möhkəmləndirməyə, eləcə də əməkdaşlığın uzunmüddətli və davamlı inkişafını təmin etməyə yönəlib.
Digər Xəbərlər
22 Oktyabr 2026 12:11
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
22 Oktyabr 2026 10:32
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı
22 Oktyabr 2026 10:09
Xaricə gedənlərin sayı azalıb
21 Oktyabr 2026 22:00
Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək
21 Oktyabr 2026 11:44
Azərbaycanda yağ kəskin bahalaşdı
21 Oktyabr 2026 10:20
AZƏRBAYCANDA DAĞ-MƏDƏN EKOLOGİYASININ İNKİŞAF PERSPEKTİVLƏRİ
21 Oktyabr 2026 08:04
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
20 Oktyabr 2026 13:18


Bakı -°C

