Bütün Qafqazın Şeyxi Özbəkistanın ali mükafatına layiq görüldü
Ordeni Prezident Şavkat Mirziyoyev şəxsən təqdim etdi
İyulun 10-da Daşkənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Miziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxi Allahşükür Paşazadəni qəbul edib. Özbəkistanla Azərbaycanla arasında mövcud olan siyasi, iqtisadi və humanitar əlaqələrin möhkəmlənməsindən məmnunluğunu ifadə edən Özbəkistan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi böyük işləri vurğulayıb, Azərbaycanla Özbəkistan arasındakı müttəfiqlik münasibətlərindən danışıb.
Şavkat Mirziyoyev mənəvi əlaqələrin də inkişaf edtirilməsinin zəruriliyini qeyd edərək, bu gün Özbəkistanın renesans dövrünü yaşadığını, islam irsinin qorunduğunu, xüsusilə İslam Sivilizasiyası Mərkəzinin fəaliyyətə başlaması, Səmərqənddə İmam Buxari Memorial Kompleksinin bərpa olunduğunu diqqətə çatdırıb. Bu günlərdə Özbəkistanda təqdimatı keçirilən ‘’Qardaşlıq və Müttəfiqliyin Ali Zirvəsi’’ kitabına görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirib. Allahşükür Paşazadə də öz növbəsində Özbəkistan Prezidentinə dərin minnətdarlığını ifadə edərək, Özbəkistanın bu gün yüksək inkişaf və quruculuq yolunda olduğunu deyib.
Daha sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şeyxülislam Allahşükür Paşzadəyə ‘’El-yurt hurmati’’ (Xalqın və Vətənin Hörməti) ordenini təqdim edib. Bununla bağlı Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanmış Fərmanda Allahşükür paşazadənin mənəvi və maarifçilik fəaliyyətlərinin inkişafına töhfə verməsi, dinlərarası və sivilizasiyalararası dialoqun gücləndirilməsi, sülh, humanizm və maarifçilik ideyalarının yayılması, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, dini sahədə ixtisaslı mütəxəssislərin hazırlanması, gənclərin ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi istiqamətləri üzrə xidmətləri qeyd olunub.
Digər Xəbərlər
26 Avqust 2026 13:27
Sabah yağış yağacaq
26 Avqust 2026 10:30
Alyona Əliyeva Mehriban Əliyevanı təbrik etdi
26 Avqust 2026 10:25
“Xocalının qisası ləngisə də fidanı səhrada bitirən Allah bunu reallaşdırdı”
26 Avqust 2026 00:10
Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 Avqust 2026 00:02
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41


Bakı -°C

