Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilr.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Beləliklə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda da müvafiq uyğunlaşdırıcı dəyişiklik edilir.
Digər Xəbərlər
26 Avqust 2026 00:10
Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 Avqust 2026 00:02
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41


Bakı -°C

