Kamal Abdullaya Rumıniyada Fəxri doktor adı təqdim edildi
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdullaya Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru adı təqdim olunub.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Fəxri doktor adı noyabrın 8-də Piteşti Universitetinin 60 illik yubileyi münasibəti ilə təşkil olunan təntənəli mərasimdə təqdim edilib.
Mərasim Universitet Senatının Prezidenti Mixaela Diasonunun açılış nitqi ilə başlayıb. Senat Prezidenti görkəmli azərbaycanlı alim, xalq yazıçısı Kamal Abdullanın elmi və ədəbi yaradıcılığı haqqında fikirlərini bölüşüb, onun ədəbi, elmi irsini yüksək dəyərləndirib, dünyanın 20 dilinə tərcümə olunan kitablarına olan böyük maraqdan bəhs edib.
Piteşti Universitetinin rektoru Dumitru Kirleşan akademik Kamal Abdullanın rəhbərlik etdiyi ali təhsil ocağının Fəxri doktoru seçilməsini universitetin elmi-pedaqoji həyatı üçün əlamətdar hadisə kimi dəyərləndirib və Fəxri doktor mantiyasını ona təqdim edib.
Tədbirdə çıxış edən professorlar - universitetin prorektorları və dekanları Rumıniyanın elmi və ədəbi mühitində Kamal Abdullanın yaradıcılığına olan böyük maraqdan danışıb, onu böyük yazıçı və alim kimi qiymətləndiriblər.
Mərasimdə həmçinin yazıçının "Sehrbazlar dərəsi" romanı təqdim olunub.
Daha sonra Piteşti Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən iki təhsil ocağı arasında tələbə-müəllim mübadiləsi aparılacaq, elmi konfranslar təşkil olunacaq, müxtəlif müstəvilərdə səmərəli əməkdaşlıq qurulacaq.
Qeyd edək ki, Kamal Abdulla Azərbaycan və Rumıniya arasında təhsil və elm münasibətlərinin inkişafındakı xidmətlərinə, eyni zamanda, rumın dilinin ADU-da yüksək səviyyədə tədrisinə, bu ölkənin mədəniyyətinin təbliğindəki müstəsna roluna görəbu fəxri ada layiq görülüb.
Digər Xəbərlər
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08
"Mən bunu tək dəyişə bilmərəm" - Emin Əmrullayev
08 Sentyabr 2026 12:07
Riyazi savadlılıq üzrə Bakı neçənci yerdədir? - Nazir açıqladı
08 Sentyabr 2026 11:12
"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir
08 Sentyabr 2026 09:37
Bu xanımlar direktor müavini təyin edildilər
07 Sentyabr 2026 19:24


Bakı -°C

