adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Sentyabr 2019 10:59
20448
ƏDƏBİYYAT

“İTBAŞI” romanının 2-ci hissəsi çapdan çıxdı

Mahir Qabiloğlunun "İTBAŞI” romanının 2-ci hissəsiartıq oxucuların ixtiyarına verilib. Müəllifin sayca 12-ci olan bu kitabınınredaktoru Eldəniz Elgün, bədii tərtibatçısı Zaur Qafarzadədir. 310 səhifədənibarət olan 2-ci hissə "Adiloğlu” nəşriyyatında çap edilib.

Kitabın annotasiya hissəsində radaktor EldənizElgünün aşağıdakı fikirləri yer alıb: "Yazıçı Mahir Qabiloğlunun "İtbaşı” romanı(1-ci və 2-ci hissələr) əslində acı reallığı olduğu kimi oxucuya çatdıran birkonsepsiyadır. Bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərinformalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdəhadisələr məchul bir Şərq ölkəsində baş versə də, əsəri oxuyandan sonra görürsənki, müəllif Qərb dövlətlərinin, krallıqlarının vəhşi qaydalarla formalaşdığızamanı əks etdirib. Əsərdə həmçinin insan psixologiyasının bütün qatları,kompleksləri açılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bugünün özündə belə, böyük güclər xırda dövlətləri təsir altında saxlamaq üçünyad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri-ənənəvibaxışları az qala ilahi baxışlar kimi təqdim edirlər.

Birsözlə Mahir Qabiloğlunun "İtbaşı” romanı təpədən-dırnağa qədər alt şüurun məhsuluolmaqla, Azərbaycan ədəbiyyatına həm də yeni üslub və fəlsəfi cərəyan gətirdi”.