"İstirahətinizin xoşbəxt sonluqla bitməsi sizin əlinizdədir" - DİN
DİN sürücülərə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Əziz hərəkət iştirakçıları!
Yay tətili və ya mövsümlə əlaqədar həftəsonları istirahət etmək üçün paytaxtdan respublikamızın digər şəhər və rayonlarına üz tutanların sayında artım müşahidə olunur. Təəssüf ki, yollarda ani diqqətsizlik əksər hallarda ağır faciələrlə nəticələnən qəzalara səbəb ola bilir. Ona görə də risklərdən sığortalanmaq, bədbəxt hadisələrin qarşısını almaq üçün sizi aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyə çağırırıq:
- səfərə çıxmazdan öncə avtomobilin texniki sazlığını yoxlayın;
- sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin;
- təhlükəsizlik kəmərindən istifadə edin;
- sürət həddini aşmayın;
- sürət həddini yolun növünə və hava şəraitə uyğun seçin;
- qarşıda hərəkət edən maşınla ara məsafəsinə diqqət edin;
- ötmə qaydalarına uyğun davranın;
- telefon istifadəsi və diqqət yayındıran bütün nüanslardan çəkinin;
- mümkünsə günün erkən saatlarında yola çıxın.
Hər zaman iki seçim var: Ya yol hərəkəti qaydalarına əməl etməklə sağ-salamat mənzil başına çatırsınız, ya da qaydalara biganə yanaşmaqla son mənzilə yaxınlaşırsınız. Unutmayaq ki, qəzalar təsadüfi yox, sürücü səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində baş verir. Özünüzün və sevdiklərinizin mənzil başına sağ-salamat çatması üçün sükan sizin əlinizdədir. Yol hərəkəti və təhlükəsizlik qaydalarına əməl et, həyatını təhlükəyə atma!"
Digər Xəbərlər
08 Dekabr 2025 17:27
"Təhlükəli havanın proqnozlaşdırılması üçün radar sistemləri quraşdırılıb" - Nazir müavini
08 Dekabr 2025 17:10
Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri
08 Dekabr 2025 16:47
Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edildi
08 Dekabr 2025 16:15
“Qızıl qaya” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
08 Dekabr 2025 15:17
Baş Prokurorluq rəsmisi BMT-də Azərbaycandakı antikorrupsiya islahatlarından danışıb
08 Dekabr 2025 15:11
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçdi
08 Dekabr 2025 13:01
"Biz istəmirik mediamızı cərimə edək, amma başqa çıxış yolumuz yoxdur" - İsmət Səttarov
08 Dekabr 2025 11:56


Bakı -°C

