İğdırda Azərbaycan coşğusu – FOTO
Noyabrın 4-də Türkiyənin İğdır şəhərinin Mədəniyyət Mərkəzində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin altıncı ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.
Adalet.az xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Diasporla İş üzrə Dövlət Komitəsi, İğdır vilayətinin valiliyi və İğdırdakı Azərbaycan Evi olub.
Tədbir iştirakçıları Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov torpaqlarımızın işğaldan azad edilməsinin tarixi əhəmiyyətini vurğulayıb. “Bu gün Zəfər Gününün altıncı ildönümünü qürurla qeyd edirik. İğdırda keçirilən bu təntənəli tədbir Azərbaycan və Türkiyə qardaşlığının ən bariz nümunələrindən biridir”, – deyə o bildirib.
İğdırdakı Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar isə Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbəni “bütün Türk dünyası tarixində mühüm mərhələ” adlandırıb.
“Qarabağ Azərbaycandır! Əminəm ki, ölkələrimizin qardaşlığı əsrlər boyu yaşayacaq”, – deyə o qeyd edib.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının kollektivinin çıxışı ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin “Xarıbülbül” mövzusunda əl işlərindən ibarət sərginin açılışı olub.
Digər Xəbərlər
04 Noyabr 2026 18:37
Könül Vəlibəylinin qızı ifadə verdi - Səbəbkarı bağışlamadı
04 Noyabr 2026 18:28
“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
04 Noyabr 2026 17:33
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edildi
04 Noyabr 2026 17:25
Bakıda 100-dən çox yeni park və bağ yaradılıb
04 Noyabr 2026 16:06
Prezident xanımı və qızı ilə “AIREX 2026” sərgisi ilə tanış oldu - YENİLƏNİB + VİDEO
04 Noyabr 2026 15:58
Milli Fəaliyyət Planı hazırlanacaq - SƏRƏNCAM
04 Noyabr 2026 15:53
Kamran İmanov "Şərəf" ordeni ilə təltif edildi
04 Noyabr 2026 13:15


Bakı -°C

