adalet.az header logo
  • Bakı -°C
11 Sentyabr 2026 13:24
43
DÜNYA
A- A+

“Zelenskiyə sui-qəsd cəhdi ilə Ukraynaya mesaj verirlər ki...” – Politoloq 

“Volodimir Zelenskiyə su-qəsd cəhdinin iki əsas ehtimalı ola bilər. Ya həqiqətən fiziki olaraq onu məhv etmək istəyirlər, yaxud da Zelenskiyə bu addım bir mesaj xarakteri daşıya bilər”.

Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

Politoloq burda daha iki variantın da ola biləcəyini ehtimal edib:

“Ya Rusiyanın özünün həqiqətən istəyi ilə həyata keçirilə bilər, ya da ola bilsin ki, Amerika Birləşmiş Ştatlarının və digər fərqli fikirdə olan ölkələrin bu prosesdə də iştirakı ola bilər. Bununla Ukraynaya açıq mesaj verirlər ki, nə olur olsun bu prosesdən geri çəkil. Bunu bu cür dəyərləndirirəm. Amma düşünmürəm ki, mesaj verilsə belə Zelenski geri çəkilər”.

Xatırladaq  ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsinin sentyabrın 8-də Moldovadan Norveçə uçuşu zamanı hava məkanında dron insidenti baş verib. Norveçin Baş naziri Yonas Qahr Störe təyyarənin dron tərəfindən az qala vurulduğunu bildirsə də, daha sonra Norveç hökumətinin nümayəndələri pilotsuz uçuş aparatının Zelenskinin təyyarəsinə nə qədər yaxın olduğunun məlum olmadığını açıqlayıblar. Moldova rəsmiləri isə həmin vaxt ölkənin hava məkanına dron daxil olduğunu və hadisə səbəbilə Zelenskinin uçuşunun gecikdiyini təsdiqləyiblər. İlkin məlumatlara əsasən, söhbət “Shahed” tipli PUA-dan gedib.

Vasif ƏLİHÜSEYN