Dördüncü İqlim Həftəsi başa çatıb
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.
Adalet.az xəbər verir ki, sentyabrın 7-dən 11-dək davam edən tədbir çərçivəsində enerji keçidi, iqlim maliyyələşməsi, sənayenin karbonsuzlaşdırılması, dayanıqlı inkişaf və iqlim dəyişmələrinin təsirlərinin azaldılması kimi aktual mövzularla bağlı dəyirmi masalar, panel müzakirələri və konfranslar keçirilib.
Müxtəlif ölkələrdən olan nümayəndələr, beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və özəl sektor nümayəndələri iqlim gündəliyinin əsas istiqamətləri, mövcud çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparıblar.
Beş gün ərzində keçirilən müzakirələrdə COP29, COP30 və COP31 arasında davamlılığın və institusional rabitənin qorunması, əvvəlki iqlim konfranslarında qəbul olunmuş qərarların icrasının sürətləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinə çıxış imkanlarının artırılması da əsas mövzular sırasında yer alıb.
Eyni zamanda qarşıdakı COP prosesində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və iqlim öhdəliklərinin praktiki nəticələrə çevrilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Digər Xəbərlər
11 Sentyabr 2026 16:15
Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - VİDEO
11 Sentyabr 2026 12:36
“Dəyər yalnız mənə rahat olanda əməl etdiyim qayda deyil”
11 Sentyabr 2026 12:05
ADY bu il neçə sərnişin daşıyıb?
11 Sentyabr 2026 11:11


Bakı -°C

