adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Aprel 2019 17:37
46107
LAYİHƏ

İ.Şıxlının "Dəli Kür" romanında ənənə və novatorluq

(əvvəli ötənsayımızda)

O, Şahnigarınüzünə baxa bilmir, arxadan vurmaq üçün əl-üzünü yudurdur. Bacısının baxışlarıonun qəlbinə od salır. Bu zaman güllə açılır. Şahnigarın kürəyinin ortası odtutub yanır... " Bacısı şehli otların arasında arxası üstə uzanmışdı.Cahandar ağa ilk dəfə bacsını görürmüş kimi diqqətlə süzdü. Ona elə gəlirdi ki,qarşısındakı Şahnigar yox, anasıdır. Qız ona nə qədər oxşayırmış... Cahandarağa birdən-birə hələ də istisi soyumamış cəsədin üstünə sərilibhönkürdü..."

Müəllif Cahandarağanın hərəkətlərini elə psixologi dərinliklərlə təsvir etmişdir ki, oxucu onundərin mənəvi sarsıntılar keçirdiyinin şahidi olur. Cahandar ağa bacısının cənazəsinəsarılıb ağladığı zaman onun qəlbində bir anlıq insani hisslər baş qaldırır. Tənqidçi- alim Yavuz Axundov yazır: "Bu epizodda surətə xas olan kəskin təzadözünü göstərir. Hətta bir anlığına Cahandar ağanın qəlbi sanki yumuşalır. Lakinbu bir qığılcım kimi tez də sönür."

"Səfillər"romanında isə biz Jan Valjanı barikada döyüşlərində görürük. O, döyüşçülərləbir sırada dayanıb. Bu zaman o, polis komissarı Javerlə qarşılaşır. Javerüsyançılar tərəfindən əsir götürülüb. Onu öldürmək lazımdır. Bu işi Yan Valjanöz öhdəsinə götürür. Lakin Jan Valjan onu öldürməyib azadlığa buraxır.

Barikada döyüşlərindəMarius ağır yaralanıb, Jan Valjan onu döyüş meydanından çıxardığı zaman axşamqaranlığında Javerlə rastlaşır. Javer onu tanıyır. "Sena sahilində heçgözləmədiyi halda Jan Valjana rast gələndə onun qəlbində, nəhayət, ovunu ələkeçirən bir canavar duyğusu oyanmışdı. ...Javer iki yol ayrıcında qalmışdı: JanValjanı həbs etsin, ya sərbəst buraxsın? Sonsuz düşüncələr onun qəlbini didibparçalayır, nə qərar verəcəyini özü belə anlaya bilmir. O dərin bir uçurumqarşısında dayandığını hiss edir. Bir-birinə zidd fikirlərin amansız mübarizəsionu düşünməyə məcbur edir. O, Jan Valjana azadlıq versin, yoxsa onu yenidən həbsxanadivarlar arasına göndərsin?..."

O, get-gedə dahaağır düşüncələrə dalır. Bu düşüncələr bir an olsa belə onu tərk etmirdi:"Mən, amansızca təqib etdiyim bu katorqa dustağının pəncəsinə düşəndə, o,ancaq elə kin saxladığı üçün deyil, öz təhlükəsizliyi üçün də məndən qisas alabilərdi, hətta lap qisas almalı idi. Bəso mənə aman verməklə, məni öldürməməklə nə elədi? Öz vəzifəsini yerinə yetirdi? Yox.Daha böyük şeylər elədi!..."

Bunları düşündükcə Javerin beyni uğuldayır,"özünü alçaq bir adam hesab edirdi". Axı, o nə üçün hamıya yaxşılıqedən bir adamı həbs etməli idi? "Mərhəmətlicinayətkar, başqalarının dərdinə qalankatorqa dustağı, həlim, alicənab bir insan! Elə bir insan ki, dara düşənə kömək edir, pisliyə yaxşılıq edir, ona həsəd edənləriəfv edir, mərhəməti qisasdan üstün tutur, elə bir insan ki, düşmənini məhv etməkdənsə,özü məhv olmağa hazırdır, onu təhqir edənləri xilas edir, elə bir insan ki, xeyirxahlığının zirvəsində dizçökür, insanlıqdan çox mələyə oxşayır!..."

Bütün bunlarıdüşünən Javer özünə nifrət edir, sankionu məgənəyə salıb sıxırlar...

Bəs Jan Valjan?O hansı hissləri keçirirdi? Həyatının sona çatdığınımı düşünürdü? "GörəsənKozetta indi haradadır? Mariasun taleyinecə olacaq? Heç olmasa onların toyunu görə bilsəydim?..." Bu bitib-tükənməyən sonsuz suallar onun qəlbinididib parçalayır, rahatlığını əlindən alırdı. "Jan Valjan Javerləqarşılaşanda özünü dərin bir uçurumun qarşısında hiss etdi. O əlləri ilə başınıtutaraq ağır düşüncələrə qərq olmuşdu. Dünyada hər şeyi unutmuş kimi bir müddətbeləcə yerindəcə donub qaldı. Onun üzü və duruşu, yalnız hədsiz bir mərhəmətifadə edirdi. Bəzən elə təsirli xəyallar olur ki, onlarda ən ülvi həqiqətlərgizlənir... Jan Valjanın qarşısında isə qorxunc bir kabus dayanmışdı. Bu dəfəonun üçün katorqa yalnız katorqa deyildi. Bu katorqa əbədi olaraq Kozettadan mərhumolmaq, yəni qəbrə bənzər bir həyat sürmək demək idi. Çünki Jan Valjan xəyali dəhşətlərdənhəqiqi dəhşətlərə düşmüşdü..."

Javer isə artıqdözə bilmir. Jan Valjanın göstərdiyi alicənablıqı onu əzir. O, daxilən vicdan əzabıçəkir. Qəlbinin dərinliyində öz-özüylə amansız mübarizə aparan bu insan hər dəfəbu mübarizədən məğlub ayrılır. Artıq ümid yeri qalmır. O heç nəyi düşünmədən qətiyyətləSenaya doğru addımlayır: "... Ətrafa sanki ölüm sükutu çökmüşdü. Buludlarayın qabağın kəsmişdi. Artıq göz-gözü görmürdü. Bütün bunlara dözə bilməyənJaver əvvəlcə sürahiyə dirsəklənib Senanın iti axan yerində gah açılıb, gah dayığılan burulğana baxdı. O başını aşağı əydi. Hər şey qaranlığa bürünmüşdü. Heçnə görmək olmurdu. Suyun dalğalandığı eşidilirdi, ancaq çay görünmürdü. Ətrafdasuyun dondurucu soyuqluğu, yaş daşların qoxusu hiss olunurdu. Aşağıdakıgirdabın qorxunc səsi eşidilirdi. Javer gözünü gecənin bu açılmış qapısına zilləyərək,bir neçə an sakit durdu; bu görünməz şeyə o diqqətlə baxırdı. Su uğuldayırdı.

Birdən o,şlyapasını çıxarıb sürahinin üstünə qoydu. Sonra çaya sarı əyildi,...birbaşzülmətin içinə düşdü. Boğuq bir səs eşidildi. Bu qara kölgənin suya bata-bataçırpındığını ancaq zülmət gördü."

Javerin ölümündənsonra qızlığa götürdüyü Kozettanın məhəbbətisayəsində yenidən həyata qayıdan Jan Valjan, yepiskop Miriyelinin onaöyrətdiyi şəfqət qanunları ilə yaşayır. Jan Valjan obrazı Cahandar ağadan fəqliolaraq cəmiyyətin amansızlığına qarşı bir üsyandır, etiraz nümunəsidir. Buetiraz yalnız milli yox, həm də bəşəri xarakter daşıyır. Bəs Cahandar ağa iləJaver obrazının oxşar və fərqli cəhətləri hansılardır? Məlum olduğu kimi hərbir obraz yazıçı ömrünün bir parçasıdır. Obrazla yaradıcı arasında heç bir sərhədyoxdur. Buna görə də istər Cahandar ağa, istərsə də Javer ayrı-ayrılıqda yazıçıtəxəyyülünün məsulu olsalar da, onlar öz milli dəyərlərini saxlamaqla, fərdilikdənçıxaraq bəşəri mahiyyət daşıyırlar. Cahandar ağa daxili dünyasının dəyişməzliyiilə, Javer isə öz dünyasının dəyişkənliyiləgücsüzlüyünü təsdiq edir. Qəddarlıq, müstədiblik, insan ləyaqətinialçatmaq, özündən aşağılara ikrah hissilə baxmaq, yoxsula, kasıba, dilənçiyəbelə aman verməmək bu iki obrazı birləşdirən ümumi cəhətlərdir.

Düzdür, Cahandarağa nə qədər təbii, real və həyati obraz olsa da, Javer bir o qədər romantikplanda təbii boyalarla təsvir olunmuş polis komissarıdır. Bu obrazlar fərdixüsusiyyətlərə malik olsalar da, onların məqsəd və amalı birdir.

Onlar nəinkixalqı, milləti düşünür, günahsız insanlara amansız divan tutur, onların şərəf vələyaqətini alçaldırlar. Cahandar ağa kazaklar tərəfindən öldürülsə də, bunun əksinəolaraq Javer özü-özünə qəsd edir; o,Sena çayına özünü ataraq öldürür. Əgər Cahandar ağanın cəsədi Kür çayındaulğunluqda tapılırsa, Javerin cəsədi isə Sena çayında batmış bir gəmininaltından tapılıb çıxarılır.

Bir cəhəti dəqeyd etmək lazımdır ki, "Dəli Kür" də sırf müsbət qəhrəman obrazıyoxdur. Çünki bu əsərlərdə bir-birindən fərqli obrazlar qalareyası olsa da,onlar birləşərək ortaq məxrəcə gələ bilmirlər. Tənqidçi-alim T. Salamoğluyazır: "Dəli Kür" ün qəhrəmanları nəinki ənənəvi müsbət və mənfi qəhrəmanbölgüsünə getmir, hətta şərti olaraq "müsbət ideya daşıyıcısı" kimibir araya gətirə biləcəyimiz qəhrəmanlar - Kipiani, Rus Əhməd, Cahandar ağa,Əşrəf, Şamxal , Çernjayevski, Senıyonov, Həsən ağa, gəmiçi Qoca və s. və i.kimi obrazlar tipoloji cəhətdən eyni qrupda birləşə bilmirlər".

Çünki buobrazların hər biri hardasa, psixologiyanın hansı çalarındasa fərdidirlər. Buda onunla bağlıdır ki, müəllifin qələmə aldığı bu obrazların hər biriayrı-ayrılıqda müəyyən dünyagörüşə, həyattərzinə bağlı insanlardır.

Buna görə də buobrazların fikir və düşüncələri insani keyfiyyətlərə yanaşma bucaqlarının elədaxili qatlarında kəsişmişlər ki, bu kəsişmə onların birgəyaşayışının əsasınıyox, ziddiyətini təşkil edir.

Beləliklə, bizİ. Şıxlının "Dəli Kür" romanı ilə ayrı-ayrı əsərlərin oxşar və fərqlicəhətlərini, onların bir-birilə müqayisəli şəkildə bədii təhlilini verməklə bu əsərlərineyni məcrada birləşərək ənənə və novatorluq təşkil etdiyinin bir daha şahidiolduq. Bu romanlarda ictimai-siyasi, tarixi hadisələr öz zəngin həyat materilları ilə dövrümüzün reallığını özündə əksetdirməklə yaxın və uzaq keçmişimizdən xəbər verir. Eyni zamanda həyatmaterialları ilə zəngin olan bu romanları əxlaq və şəxsiyyət konsepsiyasından kənardatəsəsvvür etmək mümkün deyildir. Çünki, bu romanlarda gerçəkliyin ən dərinqatları və calarları öz novatorluğu ilə bu günümüz üçün də səciyyəvidir.

Vəliyulla Novruz