İranlı müğənnini efirdən qovan Zaur Kamalla bağlı ölçü götürüləcək - YENİLƏNİB + VİDEO
“Zaur Kamalın efirdəki son davranışı ilə bağlı ölçü götürüləcək”.
Bunu Sfera.az-a açıqlamasında Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib. O, televiziyanın hər evə sirayət etdiyini və bu səbəbdən də televiziya mühiti üçün konkret standratların olduğunu deyib:
“Efirin öz şərtləri və mədəniyyəti var. Televiziya auditoriyaya ən çox nüfuz edən kommunikasiya vasitələrindən biridir. Bunları nəzərə alaraq efirin konkret standartları müəyyənləşib. Bu isə bizim qanunverici işlərlə tənzimlənir. Efirdə gedən verilişlərə nəzarət edən, monitorinq aparan Audiovizual Şura var. Şuranın işində isə son zamanlar kifayət qədər yeniliklər olub və görürük ki, təşkilat bütün televiziyaları diqqətlə monitorinq edib, adekvat addımlar atır”.
M.Ələsgərli Zaur Kamalın milli-mənəvi dəyərlərə zidd davranış sərgiləməməli olduğunu vurğulayıb:
“Hesab edirik ki, efirdə milli-mənəvi dəyərlərə, ictimai davranışlara zidd hərəkətlərə yol verilməsi yanlış addımdır. Bu kimi hallar sonradan insident yaradır və belə hallar başqaları tərəfindən də təkrarlana bilər. Odur ki, Zaur Kamalın davranışı ilə bağlı ölçü götürülməlidir. Audiovizual Şura bu məsələ ilə bağlı xəbərdaredici addımlar atacaq”.
12:03
Aparıcı Zaur Kamal iranlı müğənni Afşin Azərini efirdən qovub.
Hadisə ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində baş verib.
Afşin aparıcının “İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız” sözlərinə cavab olaraq, “O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm. Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?”, - deyə əlavə edib. Zaur isə öz növbəsində “Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Porme və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam” deyib.
Daha sonra aparıcı və müğənni arasında gərginlik yaranıb.
Azərin Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirərək “İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar” deyib.
Bu sözlərdən sonra Z.Kamal “Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan” deyərək, müğənnini efirdən qovub.
Reklamlardan sonra Zaur məsələ barədə açıqlama verərək “Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azərin efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar”, - deyə qeyd edib.
Sosial şəbəkə izləyiciləri isə Zaurunun bu hərəkətini sərt tənqid edərək onun ünvanına “Sənə ayıb olsun, adam qonağı qovmaz”, “Kişi olsaydın arxada deyilən sözə arxada cavab verərdin. Çıxıb efirdə şou etməzdin”, “Zaur, utan yerə gir”, “Heç düz hərəkət etmədin, biz o müğənnini tanıyırıq və çox sevirik” kimi şərhlər yazılıb.
Digər Xəbərlər
23 Sentyabr 2026 10:18
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03
“Bu gün Azərbaycan küçələrində "Kurtlar Vadisi" replikaları ilə danışan bütöv bir nəsil var”
22 Sentyabr 2026 00:06
Afra Saraçoğlu sərbəst buraxıldı - YENİLƏNİB
22 Sentyabr 2026 00:00
Serdar Ortaç vəsiyyətini AÇIQLADI
21 Sentyabr 2026 13:11


Bakı -°C

