İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 18 kiloqram 610 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Adalet.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 2-də saat 11:45-də Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 310 qram narkotik vasitə (3 kq 210 qram marixuana və 100 qram tiryək), fevral ayının 3-də saat 03:50-də Füzuli rayonun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 300 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Digər Xəbərlər
21 Sentyabr 2026 23:07
Bakıda təmir edilən yol yenidən ÇÖKDÜ - VİDEO
21 Sentyabr 2026 10:10
Bakıda tədbirdə monitor qadının üstünə aşıb - VİDEO
21 Sentyabr 2026 08:49
Bilgəhdə batanlar tələbə imiş - VİDEO
21 Sentyabr 2026 08:25
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
21 Sentyabr 2026 08:01
38 yaşlı kişi faciəvi şəkildə öldü - VİDEO
18 Sentyabr 2026 19:04
Bakıda kişi marketdə autizmli uşağının gözü qarşısında arvadını döydü - VİDEO
17 Sentyabr 2026 09:02
Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi -YENİLƏNİB
17 Sentyabr 2026 08:51


Bakı -°C

