adalet.az header logo
  • Bakı -°C
08 Aprel 2026 15:46
92
ŞOU-BİZNES
A- A+

Meyxanaçı: “Ağasəlimin hərəkətləri təbii idi, amma Elçin...”

Meyxanaçı Vüqar Əbdülov  mərhum həmkarlarından söz açıb.

Adalet.az xəbər verir ki, o, meyxanaçı Elçinin özünü daha çox Ağasəlim Çıldağa bənzətməsi həqiqəti əks etdirdiyini söyləyib:

“Baxmayaraq ki, aralarında çox yaş fərqi var idi, amma Elçin özünü daha çox Ağasəlimə bənzədirdi. Ağasəlimin hərəkətləri təbii idi, amma Elçin obraz yaradırdı. Rol oynayırdı. Pencəi çiynində saxlması, siqaret çəkmək tərzi, meyxana məclislərində çıxışları- bir sözlə hər hərəkəti ilə Ağasəlimi təkrarlayırdı. Onu da deyim ki, bu, Elçində çox gözəl alınırdı. İndi belə insanlar yoxdur. Nə əvvəlki meyxanalar var, nə də əvvəlki meyxanaçılar”.

Əntiqə