adalet.az header logo
  • Bakı -°C

İRAN SARSAQLADI - Aqil ABBAS yazır

AQİL ABBAS
135 | 2026-03-05 14:03
A- A+

Əslində biz İranın sarsaqlamasını az qala qırx ildi bilirik, Ermənistan bizim torpaqları işğal eləyəndən. Amma biz həmişə qonşu münasibətlərimizi qorumağa çalışmışıq. İran da fikirləşir ki, biz ondan çəkinirik. Azərbaycan heç kimdən çəkinmir. Azərbaycan gücünü-qüdrətini və diplomatik səviyyəsini Vətən Müharibəsində göstərdi.  

Nəinki göstərdi, hətta Azərbaycanı sevməyənlərin gözünə soxdu. İndi İran bütün dünyayla üz-üzədi. Təkcə Amerika, İsrail deyil, NATO dövlətləriylə də. İrana az-çox xoş münasibət bəsləyən Azərbaycan idi. Hələ bir gün bundan qabaq  Cənab Prezident İran səfirliyinə getdi və İran xalqına başsağlığı verdi, bu da onların cavabı. 

Hələ əsrin əvvəllərində Sabir yazırdı:

Ağladıqca kişi qeyrətsiz olur, 
Necə ki ağladı İran oldu. 

Və bu qeyrətsizliyi onu viran da qoydu. İranın milli təhlükəsizliyinə cavabdeh olan ETTELAATın başı Azərbaycana narkotik daşıyanların müşayiətinə o qədər qarışdı ki, ölkənin təhlükəsizliyi yadından  çıxdı. Hələ müharibənin şıdırığı vaxtında cənub bölgəsində dörd iranlı Azərbaycana narkotik keçirmək istəyərkən bizim Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə atışdılar və üstlərindəkini atıb qaçdılar. Ölkə müharibə edir, amma vətəndaşları narkotik qaçaqmalçılığı ilə məşğuldu. 

Bu günlərdə Türkiyə televiziyasında  bir ekspert maraqlı bir fikir söylədi, o qədər xoşuma gəldi ki: «İran vətəndaşları üçün İran ölkədi, amma biz türklər üçün Türkiyə Vətəndir».

İndi Azərbaycan bizim üçün Vətəndir, Vətənimizə çəp baxanı elə axırda çəpgöz edərik. 

Türkiyəyə də raket atıb, sonra and içib ki, mən atmamışam. Azərbaycanda belə bir məsəl var: «P.. deyil, babam edib». Hər kim  edibsə, babasının elədiyini özünə yedirdərlər. 

Və İran unutmasın ki, orda 40 milyondan artıq Azərbaycan türkü yaşayır. Onlar da ayağa qalxsa darmadağın olmaqda olan İran bir dövlət kimi, bir ölkə kimi  Daranın gününə düşər, ya da Keyxosrovun. 

Və İran unudur ki, türklər bir ölür, min dirilir!

Tanrı Türkü qorusun!
 

TƏQVİM / ARXİV