adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Aprel 2017 16:04
79225
MÜSAHİBƏ

"İnsanların yanaşmasına görə əgər gəncsənsə, deməli, təcrübəli deyilsən" - MÜSAHİBƏ

Beyin-sinir cərrahiyyəsi tibbin ən çox diqqət və təcrübə tələb edən sahələrindən biridir. İstər təhsilin gərginliyi, istərsə də praktik tətbiqlərinin çətinliyi səbəbindən neyrocərrahların sayı çoxdeyil. Çox vaxt əməliyyatlar 8-15 saataqədər davam edə bilir. Bu səbəbdən bir sıra ölkələrdə bu sahənin mütəxəssislərinə daha çox önəm verilir. Müsahibimiz"Caspian International” Hospitalın beyin-sinir cərrahiyyəsi uzmanı Ruslan Yunusovdur.

O, 2009-cu ildə Azərbaycan TibbUniversitetini fərqlənmə ilə bitirib. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasındainternaturanı başa vurub. 2011-2016-cı illərdə Ankarada "Hacettepe”Xəstəxanasında beyin cərrahı üzrə uzmanlıq ixtisasınıbitirib eləhəminildədəuzman olaraq Azərbaycanageri dönüb.

-Bu vaxta qədərnəqədərəməliyyatlaraparmısız?

- Azərbaycanda ortalama həftədə 1-2 əməliyyatımız olur. Ammabizim Türkiyədəki təcrübəmiz daha zəngin və gərgin olub. 4-5 il içərisində minə yaxın əməliyyatda iştirak etmişik.Çünki ora həmmərkəz, həm də universitetin xəstəxanası olduğuna görə, çoxsaylı xəstələr olurdu. Neyrocərrahiyyədə onurğa beyinin,beyin şişləri,bel yırtıqları vəkörpəuşaqlarda hidrosefaliya xəstəliyi (beyinə su yığılma) və digər sahələrdəəməliyyatlar həyata keçirilir.

-Beyin xəstəlikləridaha çox hansı yaş qrupunu əhatəedir?

- Bizim xəstə populyasiyamız hər yaş dövrünü əhatə edir. Xəstəliklərin rast gəlməsidə insanların yaş dövrünə görə fərqlənir. Beyin şişləri həryaşda rast gəlinsə də, daha çox 40-60 yaş arası xəstələrdə görülür. Kəllə-beyintravmalı xəstələr isə daha çox 18-35 yaşarası insanlardır. Boyunda və beldə olan fəqərəarası disklərin yırtığında vəziyyət bir qədər fərqlidir. Yırtıqlardaha çox əhalinin aktiv fiziki işdə işləyən hissəsində əmələ gəlir. Bu da dahaçox 20-50 yaş arası insanlardır. Uşaqlarda isə daha çox anadangəlmə inkişafqüsurları, hidrosefaliya və beyin şişləri rast gəlinir.

-Müasir dövrdəneyrocərrahiyyədəənçox yayılan xəstəliklərhansıdır?

- Hazırda ən çox rast gəlinən xəstəlik bel və boyun yırtığıdır. Bu,sırf həyattərzindən yaranan xəstəlikdir.Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanlarınmasa arxasında daha çox vaxt keçirməsinə səbəb olur. İnsanlarlazım oldu-olmadı mütəmadi kompüter və telefonlardanistifadəedir. Bu da onurğamızın fiziyololji tamlığını pozaraq yırtıqların əmələ gəlməsinəşərait yaradır. Bundan başqa ağır fiziki işdə çalışmaq, düzgün və yetərincə istirahət etməmək dəyırtıqların əmələ gəlməsini artırır. Əmələ gələn yırtıqlar isə onurğa kanalından çıxan sinirləri və onurğa beynininözünü sıxaraq şiddətli ağrıların əmələ gəlməsinə səbəb olur. Əgərvaxtında müdaxiləedilməzsə, əməliyyata qədər gətirib çıxarda bilər. Azərbaycana son 4-5 ildə beyin cərrahiyyəsində endoskopik əməliyyatların da sayıartıb. Əvvəllər hipofizadenomalarını götürmək üçün açıq beyin əməliyyatı aparılırdı.Bu, daha ağır əməliyyat sayılırdı.İndi artıq endoskopik üsulla burundan daxil olub həmin şişi götürmək mümkündür. Yəni, qapalı cərrahiyyə üsulunun tətbiqi hipofiz vəzi şişlərinin əməliyyatını artırıb.

-Azərbaycandabeyin cərrahiyyəsisahəsindəkivəziyyətsizi qane edirmi?

- Uzmanlıq təhsili aldığım yerlə müqayisə edəndə hələkitam qane etmir. Çünki orada istər maddi-texniki baza olsun, istər personal hazırlığıolsun yüksəksəviyyədə təşkil olunmuşdu. Ammabizim də üzərimizə düşən vəzifə qazanılmış təcrübələri Azərbaycanda tətbiq etməkdir. Bu işdə də xəstəxanamızınrəhbərliyi bizə hər cür köməklik göstərir.

-Gəncyaşda beyin cərrahiyyəsiüzrəuzmansız. Sizcə, xəstələrdaha çox cavan yoxsa nisbətənyaşlı həkimlərəetimad göstərir?

- Dəfələrlə olub ki, müraciət edən pasientlərə hansısa tövsiyə verəndə və yaxud əməliyyatıngedişi ilə bağlı məlumat verəndə xəstə "Kimin yanına gedək” deyə sual verib. Bəzən özümə də gülməli gəlir. Amma biləndə ki, əməliyyatı mən edəcəm, təəccüblənirlər. Cavan həkim olmaq bəlkə də bir dezavantajdır və bizim üçün hər şeyin bir sıfırgeridəbaşlamasına səbəb olur. İnsanlarınyanaşmasına görəəgər gəncsənsə, deməli, təcrübəli deyilsən. Amma həkim cərrahdırsa, təcrübəli olmalıdır.Uzmanlıq təhsilialdığım müddətdə iştirak etdiyimiz əməliyyatlarınstatistikasını aparmışıq. Çünki təhsili başa vurduqdan sonraprofessorlara hesabat verirdik. Təqdim etdiyimiz statistika professorlartərəfindən təsdiq olunurdu. 5 il ərzində minə yaxın əməliyyatlarda iştiraketmişəm.Zənnimcə, bu, kifayət qədər böyük bir təcrübədir.

-Beyin cərrahiyyəsindəhansısa yeniliklərinizolubmu?

- Xüsusi olaraq hansısa yeniliyəimza atmamışam. Amma əvvəllər Azərbaycanda endoskopik əməliyyatlar edilmirdi.Son illərbu əməliyyat uzmanlarla bərabər edilməyə başlanılıb. Hipofizadenoması ilə yanaşı uşaqlarda hidrosefaliya (başın böyüməsi, beyində suyun toplanması) əməliyyatlarıendoskopun ən çox istifadə olunduğu əməliyyatlardır. Endoskopla beyinə kiçik dəlik açmaqla hidrosefaliyanımüalicəetməkmümkündür. Azərbaycandaayrıca uşaq beyin cərrahiyyəsi ixtisası yoxdur.Türkiyədə neyrocərrahlar dərnəyində xüsusi olaraq uşaqbeyin cərrahlarıüçün təşkilatikurslar var idi. Bu kursu bitirənlərə ayrıca sertifikat təqdim edirdilər. Uzmanlıq təhsili əsnasında mən də bu kursu bitirənlərdən biri oldum. Marağıməsasən pedriatrik beyin cərrahiyyəsinədir. Azərbaycanda uşaq beyincərrahiyyəsini inkişaf etdirməyi qarşıma məqsəd qoymuşam. Hazırdabiz uşaqlar üzərində beyin əməliyyatlarını icrasınıda edirik.

-Əməliyyatdansonra xəstənəqədərmüddətəsağalır?

- Xəstələrin sağalma müddətikeçirdikləri əməliyyata görə dəyişir. Yırtıq əməliyyatından 2 gün sonra xəstələrevə yazılırsa, açıq beyin əməliyyatı keçirən xəstələr 1 həftə sonra evəyazılır. Endoskopik əməliyyat olunan xəstələri isə 3-4 gün sonra evə yazırıq.Əməliyyatdan 10-15 gün sonra xəstələrin yaraları sağalmış olur və dikişlərialınır. Evə yazılan xəstələr təxminən 1ay sonra öz normal həyatlarına qayıdırlar.

-İnsan nəqədərkoma vəziyyətindəqala bilər?Uzun müddətkomada qalmış insanın sağalma şansı varmı?

- Komadan ayılma müddətini söyləmək çətindir. İlk növbədə insanın komaya düşmə səbəbini müəyyən etmək lazımdır. Komayamüxtəlifsəbəblərdən düşmək olur. Məsələn, beyin şişləri, beyinqanaması, insanın keçirdiyi kəllə-beyin travması və eləcə də müxtəlif səbəblər sadalamaq olar.Burada xəstənin yaşı və orqanizmininsağlamlığı çox önəmlidir.Əgər xəstə gənc və orqanizmi sağlamdırsa,komadan çıxma şansı daha çoxdur. Amma yaşlı və çoxlu sayda travmaalan xəstənin komadan çıxmaşansı bir qədər aşağıdır. Bəzən təcrübədə gənc xəstənin aylar sürən komadan sonraayılmasına da rast gəlmişik. Amma komadan oyanan insan əvvəlki insan olurmu –bu, bir qədər müəmmalıdır. Çünki komavəziyyəti istər-istəməz insanın beyninə təsirsiz ötüşmür. Erkən dönəmlərdə oyananlar daha yaxşısağalma periodu keçirlər. Bəzən elə olur ki, beyinqabığının zədələnmə dərəcəsindən asılı olaraqpasient ayılsa da, onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Bunatibbdəvegetativ hal deyilir.

Bəzən xəstənin başında böyüyən şişdən xəbəri olmur, "baş ağrımvar” deyib heç nəolmamış kimi gəzir.Şiş beyini sıxışdırır və anidən şişin içində qanamaolur. Bu insanı komaya salır. Erkən müdaxilə nəticəsində şiş beyindən çıxarılır və pasient normal həyata geri dönür.Bizim 30 yaşlarında belə bir xəstəmiz olmuşdu. Komadaolan xəstəyə beyin KT olundu və beynindəki şişdə qanama olduğu təsbit edildi. Təcili əməliyyata alınan xəstə ertəsi gün oyanıb danışmağabaşladı. Əgər səbəb bəllidirsə, erkən müdaxilə etməklə xəstəni komadan çıxarıb həyata qaytarmaqmümkündür.