İSTEDAD QARŞISIALINMAZ TƏBİƏT HADİSƏSİDİR !
Adalet.az Milli Konservatoriyasının ifaçılıq fakültəsində,vokal ixtisası üzrə təhsil alan Aysel Abdullayeva ilə müsahibəni təqdim edir:
- Öncə sizi bir az tanıyaq!
- Mən Aysel Abdullayeva ,Azərbaycan Milli Konservatoriyasının ifaçılıq fakültəsində,vokal ixtisası üzrə Xalq artisti Fidan Hacıyevanin sinfində təhsil alıram.
- .Bəlli bir yaşınız var.Bildiyim qədəriylə başqa sahədə fəaliyyət göstərmisiniz uzun illər .Necə oldu ki, sizdə Konservatoriyada təhsil almaq fikri yarandı?Vokal ifaçılığı ifaçılıq janrının ağır, sahələrindən biridir.
-Bəli,13ilə yaxın mədəniyyət sahəsində fəaliyyət göstərmişəm.Düşünürəm ki, istedad insana təsadüfi verilmir.İstedad qarşısıalınmaz təbiət hadisəsidir ,yerin təkində vulkan qaynayırsa,torpaqda böyük təlatümlər yaradaraq gec və ya tez gün işığına çıxacaq.Yüngül sahələr çoxluq üçündür.İstedadlar həmişə ağırı,samballını seçir,çoxluqdan biri olmur."Azların" içində boy göstərir, az və keyfiyyətlilər tərəfindən seçilir.
- .Səsinizlə bağlı istedadınızı yenimi kəşf etdiniz ,yoxsa...
- Mən musiqi məktəbini fortepiano ixtisası üzrə bitirmişəm.Paralel olaraq vokal dərsləri də alırdım oxuduğum müddətdə.O zamanlardan dəyərli musiqiçilər tərəfindən səsimin vokal imkanlarının geniş olduğu vurğulanırdı.Yəni köhnə kəşflərdəndi.
-.Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə 27 aprel-3 may tarixlərində birinci Beynəlxalq Opera Festivalı keçirildi...
-Fidan xanım I Beynəlxalq Opera Festivalını təşkil etməklə bir çox xarici ölkələrin tanınmış vokal ifaçıları ilə yerli vokalçıların eyni səhnəni paylaşmalarına və bununla da mədəniyyətlərarası ünsiyyətin ,mədəniyyət mübadiləsinin dərinləşməsinə şərait yaratmış oldu. Mədəniyyətimiz və vokal sənətimiz adına böyük hadisə idi.
- .Rusiyadan Vyaçeslav Vasilyev ,İtaliyadan Ripalta Bufo , Gürcüstandan Qiorgi Çelidze , Əməkdar Artist Anton Ferştandt və Azərbaycanın Xalq Artisti Fidan Hacıyeva kimi böyük opera sənətçilərinin çıxış etdiyi professional səhnədə ikinci kurs tələbəsi Aysel Abdullayeva da səhnə alırdı bu festivalda.Bu, səhnədə ilk addımlarını atan bir ifaçı üçün böyük uğur olması ilə yanaşı,eyni zamanda da böyük məsuliyyət demək idi.Necə oldu seçilməyiniz?
-Festivalda mənə etimad edib,tanınmış xarici və yerli opera sənətçiləriylə eyni səhnədə yer almağım üçün böyük dəstək olan,səhnə hərəkətlərindən tutmuş,ifa etdiyim musiqilərin ən kiçik detallarına,incəliklərinə kimi xüsusi diqqət yetirib,mənə qayğıkeş pedaqoq məhəbbətilə yanaşan sevimli müəllimim Fidan Hacıyevaya minnətdarlığımı bildirir və məhz Fidan xanımın tələbəsi olduğum üçün özümü çox şansli hesab edirəm.
6.7gün davam edən festivalın ikinci günü M.Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyovun "Arşın MalAlan "operasından ifa etdiyiniz "Əsgər və Gülçöhrənin ariyası"nda Gülçöhrənin partiyası və festivalın 5-ci günü "Land Mark"da xarici tamaşaçı auditoriyası --- azərbaycanda fəaliyyət göstərən xarici səfirlik nümayəndələri ,əcnəbi qonaqları üçün nəzərdə tutulmuş konsertdə Opera səhnəmizin "Karmeni" Fidan xanım Hacıyevayla Karmen operasından birgə duetiniz "Karmen Habanera" tamaşaçılar tərəfindən maraqla qarşılandı və bəyənildi.Necə hiss idi "Karmenə" öz dəsti xəttilə damğasını vurmuş Fidan Hacıyevayla Karmeni ifa etmək?Gözləyirdinizmi bu qədər uğurlu olacağını?
-Azərbaycan Dövlət Filarmoniyasında quruluşunu Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevin verdiyi "Gənc Opera Ulduzları" adlı konsertdə Fidan Hacıyevanın yaratmış olduğu "Mezzo" orkestrının müşayiəti ,məşhur azərbaycanlı dirijor ,Azərbaycan respublikası prezidentinin fərdi təqaüdçüsü,professor Cavanşir Cəfərovun drijorluğu ilə ifa etdiyim ariya və Landmark Rotunda Zal səhnəsində xarici opera sənəti ulduzlarının iştirakı ilə "Klassik musiqi gecəsi" adlı konsertində konsertmeystrliyini Səmra Həsənlinin etdiyi Xalq artistimiz Fidan Hacıyevayla ifa etdiyim Karmen operasından "Karmen Habanera" partiyası gözlədiyimdən də uğurlu alındı və tamaşaçılar tərəfindən bəyənildi.Opera səhnəmizin Karmeniylə eyni səhnədə Karmeni ifa etmək....Olduqca qürurverici bir hiss idi mənim üçün.Burada həm tələbəsinin istedadına güvənən,etibar edən bir müəllim mövqeyi,həm də üzərinə böyük bir məsuliyyət yükü qoyulan,istedadına,gələcəyinə inanılan bir tələbə həyəcanı,ümidi və qüruru var idi.Bu,mənə öz üzərimdə daha böyük həvəslə çalışmağım üçün yüksək hərəkətə gətirici qüvvə və stimul oldu.Anlayıram ki, dayanmaq olmaz!Azərbaycan vokal sənətinə öz ifamla xidmət göstərməyi və inkişafı üçün əlimdən gələni etməyi mən də bir gənc olaraq qarşıma məqsəd qoymuşam.Və bu məqsədimi reallaşdıra biləcəyimə inanıram!
-.O zaman , zövqlü musiqi dinləməyi sevənlərin gözləri aydın olsun deyir, buradan Azərbaycan Vokal ifaçılığına yeni bir səs və nəfəsin gəldiyinin şad xəbərini oxucularımıza verir və sizə bol-bol sənət uğurları arzu edirik!Yolunuz açıq olsun!
-Minnətdaram!Yolların ən uğurlusunu seçirəm!