adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Yanvar 2018 12:53
33370
MARAQLI

İnsanlar niyə intihar edirlər?

"Boğazıkəsmək” mənasını verən intihar sözü " bir insanın öz canına qəsd etməsi, əqli cəhətdənyetkin bir insanın öz istəyi ilə birbaşa və ya dolayı yolla həyatına sonqoymasıdır. Qədim dövrlərdə insanlar dözülməz ağrılardan, dərdlərdən xilasolmaq üçün, yaxud da qəhrəmanlıq hisslərinin təsiri ilə intihar edirdilər.Çağdaş dünyamızda intihar halları ən inkişaf eləmiş toplumlarda belə genişyayılmışdır. İnkişaf etmiş ölkələrdən olan İngiltərədə ildə 60.000, AmerikaBirləşmiş Ştatlarında isə 200.000 intihara cəhd halları qeydə alınır. Çində həriki dəqiqədən birözünəqəsd hadisəsi baş verir.Burda il ərzində250000-300 000 özünəqəsdhadisəsi qeydə alınır.

Yüksəkyaşayış şəraitinə malik Skandinaviya ölkələrində də, ümumiyyətlə, dünyanın əksər yerlərində intihar hadisələri ilbəilartmaqdadır. Statistikalara nəzər yetirsək görərik ki, dünyada hər 2 saniyədəbir insan intihara cəhd edir və hər 20 saniyədə bir insan suisidi gerçəkləşdirir.Dünyanın müxtəlif ölkələrində keçirilən sorğulara əsasən yeniyetmələr və gənclərin80%-i periodik olaraq suisid haqqında fikirləşir. Təsadüfi deyil ki, DünyaPsixiatriya Assosiasiyası XXI əsri "depressiya və intiharlar əsri"adlandırıb. Təşkilat 2020-ci ildə intiharların sayının 500 minə qədərartacağını proqnozlaşdırıb. Ümumdünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlaragörəsə, hər il təxminən 60 milyon insan intihara cəhd edir, 800 min insan məhzbu yolla həyatına son qoyur.

Bütünsəmavi dünlər, o cümlədən islam dini də insana intihar haqqını verməmiş, bunuböyük günahlardan saymışdır. İntihar edən bir insanın inanc və əməlindən asılıolmayaraq, sırf intihar etdiyinə görə axirətdə böyük cəzaya düçar olacağınıbildirmişdir.

"İntiharedənin aqibətini yalnız Allah bilir” deməklə yanaşı, məsələ ilə bağlı bəziizahlar vermişlər.

Məsələn,ölümə yol açan bəzi yanlış əməllərin də intihar olub-olmaması məsələsi. İslamalimləri yaşamağa kifayət edəcək qədər yeyib-içmək fərz olduğu halda,"ölüm orucu”nu intihar kimi qəbul etmişlər. Belə ki, aclıqdan ölüm təhlükəsi ilə üzləşən müsəlmanlarınharam qidalardan ehtiyac qədər yeməsini və içməsini caiz görmüşdür. Bu da o deməkdirki, din insan həyatını xilas etmək və qorumağa çox önəm verir. İnsanın düşdüyüağır vəziyyətdən xilas olmaq üçün heç bir cəhd göstərmədən ölümü istəməsi də müəyyənmənada intihar sayılər. Ona görə də hər şeydən əlini üzən və əziyyət çəkən birxəstənin evtanaziya ilə öldürülməsi dinin prinsipləri ilə bir araya sığmır.


İslam peyğəmbəri intihar haqqında nə buyurur?

Peyğəmbərhədislərində intiharı qadağan edir. Bu hədis­lərdə intiharın bağışlanmaz dərəcədəböyük günah olması həqiqəti çatdırılır. İnsan hansı üsulla intihar edirsə, cəhənnəmdəsonsuzadək həmin üsulla cəzalandırılır. Əbu Hüreyrə Allah Rəsulunun belə buyurduğununəql edir:

"Kimözünü dağdan atıb intihar edərsə, cəhənnəmlik olar. Orada əbədi olaraq özünüdağdan atmaqla cəzalandırılar. Kim zəhər içib intihar edərsə, cəhənnəm odununiçində əlində zəhər tutub onu əbədi içər. Kim də özünə bir dəmir (bıçaq, qılınc)saplamaqla intihar edərsə, cəhənnəmdə əbədi olaraq o dəmiri qarnına soxar”.

Araşdırmalargöstərir ki, intihara səbəb olan əsas amil psixoloji problemlərlə bağlıdır.İntihara meyilli insanlarda aşağıdakı xüsusiyyətlər müşahidə olunur:

1. Ailəvə dostlarından uzaq qalmaq istəyir.

2. Sevə-sevəvə həvəslə gördüyü işlərdən bezir və sıxılır.

3. Hərhərəkətinə görə təqsirkar olduğunu düşünür, qüsuru həmişə özündə görür və bunuhəddən artıq böyüdür.

4.Xüsusən, gənclərdə diqqət dağınıq olur, tək qalmaq istəyirlər.

5. Beləinsanlar özləri üçün nə qədər əhəmiyyətli olsa belə, dəyərli əşyalarını başqalarınahədiyyə edib özlərindən uzaqlaşdırırlar.

Buruhi əlamətlər depressiya əlamətləri ilə paralellik təşkil edir. Onsuz da,intihar depressiv hadisədir.

İntiharümidsizlikdən, etiraz əlaməti kimi, şəxsi şərəf hissinin qorunması naminə,ağlın qarışması nəticəsində, ağrıya dözməmək, qisasdan qorxmaq üzündən başverir. Sərxoş və ya narkotik maddələrin təsiri altında özünəqəsd intiharsayılmır.


İntihar haqqında faktlar:

Qadınlarintihar haqqında daha çox fikirləşsə də statistikalara göre intihar edənlərin əksəriyyətikişilərdir.

Psixoloqların bəziləri intiharın şüursuz şəkildəbaş verdiyini desələr də , cəmiyyətdəyüksək intellektə, ağıla, savada malik, kifayət qədər hörmət, nüfuz qazanmış şəxslər,elm, ədəbiyyat adamları, hətta psixoloqların özləri belə intihar ediblər. Nitsşedeyir: İntihar edənlər təkcə həyatdan doyduqları üçün intihar etmirlər, onlarınarzuları tükənir.

Məşhur yunan filosofları Pifoqorvə Demokritin də intihar edərək öldüyü deyilir. Hər iki məşhur özünü aclığaməhkum edərək intihar edib.

Həmçinin, Aleksandr Fedeyev, Cek London, Cerard de Nerval,Ernest Heminquey, Hanten Stokton Tompson, Hart Kreyn, Petroni, Silvia Plat,Virciniya Vulf, Vladimir Mayakovski, Sergey Yesenin, Nilgün Marmara, StefanZveyiq kimi dünyaca məşhur yazıçıları intihar ediblər.

Rəssamlar arasında da intharedənlər olub. Onlardan biri istedadı rəssam Van Qoq olub. Rəssam məşhur "Taxılzəmisində qarğalar” rəsmini çəkdikdən sonra özünü başından güllə ilə atəşaçaraq intihar edib. Yazılanlara görə, hədsiz dərəcədə içki qəbul edən rəssamson vaxtlar ciddi psixoloji problemlər yaşayırmış.

Cazibədarlığı ilə milyonlarıməftun edən dünya şöhrətli Hollivud ulzudu Merilin Monronun da adı intihar edənməşhurlar sırasında hallanır. Öz yataq otağında cəsədi tapılan Monronun ölümsəbəbi kimi yüksək dozada həblər qəbul edərək intihar etməsi göstərilmişdi.Ancaq son illərdə dünya ulduzunu muzdlu qatilin öldürüldüyü versiyası da var.

İngilis pop müğənnisi CharlesHaddon isə 2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrikdirəyindən atlanaraq intihar edib.

Ötən il Azərbaycanda ilk dəfəidi ki, psixoloq Dəyanət Rzayevin intihar xəbərini eşitdik. Amma dünyanın birçox ölkələrində psixoloqlar da intiharla həyatlarına son qoyublar. Məsələn, Türkiyədəelə ötən ilin aprel ayında psixoloq Tülay Gülən intihar etdi. O, İstanbulda yerləşən"Mədəniyyət evi”nin ikinci mərtəbəsindən özünü ataraq həyatına son qoydu.Psixoloqun intiharına səbəb depressiya olub. Tülay uzun illərdən sonra körpəyaşında imkanlı bir ailəyə övladlıq verildiyini öyrənir, əsl ailəsini tapır. İllərsonra tapdığı ailəsi onu ancaq pul makinası kimi qəbul edir. Nəticədə dəpsixoloq depressiyaya düşür, çıxış yolunu isə özünü öldürməkdə görür.

Rusiya prezidentinin mükafatına layiq görülmüş məşhur rus psixoloqu MixailKondratyevin də adı intihar edən psixoloqlar sırasında hallanır. MoskvaPsixologiya-pedaqogika Universitetinin sosial psixologiya fakültəsində dekan,"Sosial psixologiya və cəmiyyət” beynəlxalq elmi jurnalın baş redaktoruvəzifəsində çalışan 59 yaşlı psixoloqun intihar səbəbi isə xəstəlik olub.Xərçəng xəstəliyindən əziyyət çəkən professor özünü öldürməklə həyatına sonqoyub. Evindən tapılmış intihardan əvvəl yazdığı məktubda ölümünə görə heç kimigünahlandırmamağı, xəstəliyi ilə apardığı mübarizədən yorulduğunu qeyd edibmiş.

Əksərhallarda intihar edən şəxsin ailəsindən eşidirik ki, "çox xoşbəxt görünürdü,heç gözləməzdik” və s. bu tipli cümlələr. Amma nəzərə almalıyıq ki "intihartipli adam” deyə bir termin yoxdur.

İlknövbədə intiharın səbəblərinə nəzər salaq. Bu səbəblər çoxdur: maddi vəziyyət,ailədaxili münaqişələr, depressiya, ixtilaflar və s. İntiharın səbəbləriniqruplaşdıraraq psixiatrik, sosial, biloji, genetik və fiziki səbəblərini qeydedə bilərik.

İntiharasəbəb ola biləcək psixiatrik səbəblər: depressiya, şizofreniya, şəxsiyyətpozuntusu və s. psixi pozuntular.

Sosialsəbəblər: sosial mühitdə öz mövqeyini tapa bilməyən, qruplardan təcrid olunmuşinsanlar və s.

Bioloji səbəblər: beyindəki serotonin maddəsinin azalması;

Genetiksəbəblər: irsilik amili, yəni əvvəllər qan qohumları arasında intihar faktınınolması;

Fizikisəbəblər: xərçəng, QİÇS və digər sağalmaz xəstəliklər.

İntiharhaqqında bir çox yanlış streotiplər var. Bunlar aşağıdakılardır:

İntiharhaqqında fikirləşmək dəlilikdir. Doğru olan isə budur ki, hər bir insan həyatındabir dəfə belə olsa intihar haqqında fikirləşir.

Deyirlərki, intihara bir dəfə cəhd edən insan bir dahabunu etməz. Ancaq bəzən bufikirin tam əksi ilə qarşılaşırıq. İntihara bir dəfə cəhd etmiş insan yenidən cəhdetməyə daha cəsarətli olur.

Əgərbir insan intihar haqqında qərar verirsə artıq edə biləcəyimiz bir şey yoxdu.Lakin ilk öncə qeyd etməliyik ki, intihar krizi bir müddətlikdi və vaxtındalazımı tədbirlər görülərsə qarşısı alına bilər.

Bəzənintihar haqqında söhbətlərin insanda bu haqda müəyyən fikirlər yaratdığı iddiaedilir. Əslində, bu söhbətlər yeni fikirlər yaratmır, sadəcə, şüuraltındaolanları üzə çıxarır.

İntiharedəcək şəxs əvvəlcədən təhlükəli siqnallar və ipucları verir. O öz doğma əşyasınıyaxınlarına əmanət edir. Ölüm haqqında tez-tez danışır. "Özümü öldürəcəkmişəmkimi hiss edirəm” və s. tipli cümlələrdən istifadə edir.


"Mavi balina” oyunu

Sondövrlər dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda yeniyetmələr vəazyaşlılar arasında intiharların artma səbəblərindənbiri kimi sosial şəbəkədə geniş yayılmış "Mavi balina” oyunu da göstərilir.

Oyunu rusiyalı proqramçı FilipBudeykin və qrupu hazırlayıb. Rusiyanın "VKontakte" sosial şəbəkəsindənoyuna qoşulmaq istəyənlərə WhatsApp vasitəsilə xüsusi link göndərilir. Oyunaqeydiyyat zamanı istifadəçilərdən şəxsi və ailələrilə bağlı məlumatlarsoruşulur. Oyun ümumilikdə 50 günü əhatə edir və hər gün oyunçulara müxtəlif təhlükəlivə qorxunc tapşırıqlar verilir. Bunlar arasında ailədən uzaqda qalmaq,qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərəryetirmək və bunu sübuta etmək üçün fotolarını çəkmək və s. ən məşhurlarıdır.

Bütün bu tapşırıqları "uğurla" yerinəyetirən oyunçular 50-ci günün sonunda "balina" olmağa haqq qazanır.Elə "oyunun" da kulminasiya nöqtəsi məhz burasıdır. Balina məntiqi iləhərəkət edənlərdən sonda intihar etmək tələb edilir. Təbii ki, bunu birbaşademirlər. Yəni son tapşırıq kimi hündür bir yerdən özünü aşağı atmaq və yaasmaq tapşırılır. Oyunun hər mərhələsi tamamlandıqda, iştirakçıları yüksək səviyyədətəbrik edir, onları növbəti mərhələyə hazırlayırlar. Son səviyyə üçün isəxüsusi motivasiya verilir. İntihar mərhələsindən imtina edənlər isə ailələrinəzərər yetirmə, öldürmə ilə şantaj edilir. Bunu ailəsinə deyə bilməyən və onlarazərər gəlməsini istəməyən şəxs də məcbur qalıb intihara cəhd edir.

Bu ilidə intihar xəbərləri ilə qarşıladıq. Belə ki, bir gənc özünü Ulduzstansiyasında qatarın altına, biri isə özünü Xəzər dənizinə atmaqla həyatınason qoydu. Özünü dənizə atan şair Məlik Cahan intihar etməyinə bir neçə günqalmış buna hazırlaşırmış. Sosial şəbəkədə şəxsi hesabında ölümlə bağlıpaylaşımlar edən, ölümünə qalan saatları sayan Məliki heç kim saxlaya bilmədi.

Əgər ətrafınızdadost-tanışlarınızdan kiminsə intihara meyilli olduğunu düşünürsünüzsə nə etməlisiniz?İlk öncə panika yaratmayıb sakitliyinizi qorumağa, onunla söhbət etməyə və bufikrindən yayındırmağa çalışın. Lakin heç vaxt tam olaraq məsuliyyəti öz boynunuzagötürməyin. Və həmin insanı tez bir zamanda psixoloji yardım almağa yönləndirin.Unutmayın ki, problem vaxtında müdaxilə olunmasa, sonra qarşısıalınmaz vəziyyətəgəlib çıxa bilər.

Məncə...

İntihar edən gənc üçün üzülmürəm,kimsə gedib özünü atacaq, gündəmi zəbt edəcək, sağ ikən şair kimi qazana bilmədiyiuğuru öləndən sonra qazanacaq. Pəəh! Əcəb işdi, əcəb ədəbiyyatdır. Dodaqucu təəssüfetdim, o qədər. Adam intihar edirsə, deməli, cəmiyyətdən qorxur, ona əyilir,ona uduzur. Əgər adamlar səni öz içinə itələyirsə, təpiyinlə vurub o qapınıqırmalısan, üzlərinə qaytarmalısan. Lazım gəlsə, cəmiyyətin damarını tapdalayıbsöyülməlisən, amma əsla uduzduğunu bu cür məzlumifadə etməməlisən. Sözdüdə deyirəm, guya ki, hamının buna gücü çatırmış?! Hə, bax elə məsələ də budur.Mövludda da bunun şahidi olduq, indi Məlikdə də. Bir batalyon dostu ortayaçıxdı bu binəvaların. Heyf! Heç kim xilas etməyə cəhd etmədi. Nöşün? Oşün ki,adamların özləri bir yekə yas çadırında oturub ağlaşmaqla məşğuldurlar. Damla gəlir,ağladır, Elnarə Abdullayeva gəlir, ağladır, Üzeyir gəlir, camaatın damarını kəsir,tüstüyə, içkiyə düşkün eləyir. Şairi bir yandan, ziyalısı bir yandan ağlaşır.Elza düz deyirdi, düz tikirdi bunların ağzını... Bəlkə ağlatmadılar, bəlkəağlaşmadılar.