İngiltərədən sonra Belçika da 4 günlük iş rejiminə keçdi - Bu Asiyada da mümkündürmü?
Xəbər verdiyimiz kimi, Avropada 4 günlük iş həftəsi ilə bağlı hərəkətlər intensivləşib. Məsələ çoxdandır müzakirə olunurdu. Xatırladaq ki, hələ 2014-cü ildə Beynəlxalq Əmək Təşkilatı 4 günlük iş həftəsi təklifi irəli sürmüşdü.
Bəzi ölkələr artıq bu rejimə keçid etməyə başlayıb. Məsələn, İngiltərə həftədə 4 günlük iş rejiminə hələ iyun ayından keçid edib.
Adalet.az aa.com.tr- ə istinadən xəbər verir ki, hələ ötən ilin oktyabrından başlayaraq “4 günlük iş həftəsi” müzakirələrini ölkəsində dövriyyəyə buraxan Belçika artıq bu rejimi tətbiq edib. Beləki, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura bilən işçilər iş müqaviləsi imzalanarkən istəklərini qeyd edə bilər, işəgötürən hüquqi şəxs bu istəyi nəzərə almaq məcburiyyətindədir. Mövzu ilə bağlı Bloomberg, Forbes kimi nüfuzlu dərgilərdə Belçikanın bu addımı alqışlanmışdı.
Qeyd edək ki, ABŞ-da həftəlik 40, Fransada 36, Daminarka, Norveç, İsveç, İrlandiya, Almaniya, İsveçrə, Belçika, Avstriya və İtaliyada həftəlik iş saatı 33-35, Hollandiya 27 saatdır.
Aropa ilə müqayisədə Asiyada bu göstəricilər ürəkaçan deyil. Məlumatlara görə, Çində həftədə 60 saat işləyirlər. Eləcə də digər Asiya ölkələrində durum fərqli deyil.
Əntiqə Rəşid
Digər Xəbərlər
21 Mart 2026 12:48
“Əmək haqqı sisteminin təkmilləşdirilməsinin bir neçə səbəbləri var”
21 Mart 2026 00:16
İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır
20 Mart 2026 12:05
Son əmək haqqı artımları kimlərə şamil ediləcək?
20 Mart 2026 09:43


Bakı -°C

