adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Sentyabr 2018 14:18
12553
ƏDƏBİYYAT

İnancına görə eşqini qurban eləyənlər - Sonuncu Orxan yazır...


Elçinin "Mahmud və Məryəm” romanı haqda düşüncələr...

Yazıyabaşlamaq istəyirəm, əllərim tilsimə düşür... Mahmudun əlləri kimi. Axırıncısözü yazıb cümləni tamamlamaq istəyəndə hər şey silinir beynimdən, bir də başaqayıdıram, təzədən beynimin düymələrini açıram... açıram... sonuncuda əllərimdüyünlənir, tilsimə düşür... alovlanıram...

Yox, necəolsa mən bu yazıya başlamalıyam, başlayıb bitirməliyəm. Ürəyimin yükü ağırdı, çəkibqurtaram gərək. Hə, hə, hər şey bu qədər sadədir...həm də bu qədər mürəkkəb.

Suallabaşlayım deyirəm. Necəsə bir yerindən mövzuya girməliyəm. Əsərin axırlarınayaxınlaşdıqca iki sual yarandı içimdə: kor-koranə bir ibadət, aşiqin divanə məhəbbətindən,təmiz mənəviyyatından yüksəkdə dayana bilərmi? Ürəyində Allah sevgisi gəzdirdiyi"həqiqət”inə günbəgün inanan zahid başqa birinin ölümünü arzulaya bilərmi?!

Yox, buibadət deyil, bu Allahı sevmək deyil, bu öz inancın naminə hər şeyi heçəsaymaqdır. Məhz hər şeyi!

Qızınınmüsəlman ümmətindən olan biriylə izdivacını dinə xəyanət hesab eləyən bir keşişdüşünün. Məryəmi - qızını "Müqəddəs Ev”ə aparmaqla dinsiz adlandırdığıMahmuddan xilas edəcəyini düşünür, bir xristianın ancaq başqa bir xristianlaailə qura biləcəyi "həqiqət”inə inanır. Onun üçün dünyanın ən təmiz adamlarının,ən günahsız adamlarının qəlbindəki təlatümlər, ehtiraslar, sevmək, qovuşmaqarzusu çürük məntiqindən aşağıda dayanır. Qulluq elədiyi din, dinin tələblərinaminə hər şeyi tapdalamağa hazırdır. Ancaq ömründə bircə şeyin təəssübünü çəkir:pənah gətirdiyi dinə, inandığı Tanrıya heç vaxt, heç bir halda "xəyanət” etməsin.

Amma çoxkeçmir, həyat ona öz yerini göstərir. Həm də pənah apardığı o "Müqəddəs Ev”də,müqəddəs bildiyi qoca keşiş göstərir ona yerini: "Günün birində başını qaldırıbgörəcəksən ki, qırx illik ibadətin boyunca əslində bu dünyada kor kimiyaşamısan, səni əhatə eləyən dünyanı -meşələri, dağları, çayları, başınınüstündəki səmanı, günəşi duymamısan. Yazıq insan, miskin insan! Gərək "MüqəddəsEv”in qapıları üzünə açılmayaydı. Çünki sən iki haqq aşiqini bir-birindənayırırsan”.

Ammaçifayda. İnancının əsirinə çevrilmiş adama belə söz kar eləməz. O elə həmişəkor olacaq, kor kimi də gedəcək bu dünyadan. Çünki onun məntiqinə görədünyadakı hər şey xristianlığa, onun peyğəmbərinə, Tanrısına xidmət eləməlidir.Qalan hər şey puçdur və dünya ibadət etdiyi hücrədən kənarda mövcud deyil.

...və eləMahmudla Məryəm də onun Allaha sevgisinin qurbanıdır...