İmtahanda sualların satılmasına NAZİRDƏN REAKSİYA
Təhsil naziri Emin Əmrullayev MİQ imtahanları zamanı riyaziyyat fənnindən sualların satılmasına münasibət bildirib.
Adalet.az xəbər ki, E.Əmrullayev bu barədə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirilən brifinqdə danışıb.
“Nazirlik bu məsələdə zərərçəkən tərəfdir. Çünki bu suallar bazada yerləşdirilir və imtahana bazada olan suallar seçilir. Biz sualları aldığımız şəxslərlə məxfilik müqaviləsi imzalayırıq. Riyaziyyat fənnindən suallarla bağlı bu cür problemin olması bizim üçün də pisdir. Bəzi sualların ictimaiyyətə açıqlanmasını araşdırırıq.
Təhsil İnstitutu və Təhsil Nazirliyinin prosesi şəffaf keçirməməkdə günahlandırılması əsassızdır. Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq. Məqsəd təbii ki, bu deyil. Nöqsanın səbəbini araşdırmalıyıq. Səbəb odur ki, hansısa müəllim qaydaları pozub və buna görə də məsuliyyət daşıyır. Biz bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyik və bu məsələni araşdıracağıq", - deyə nazir qeyd edib.
Digər Xəbərlər
02 Oktyabr 2026 21:00
Azərbaycanda ən gənc və ən yaşlı müəllimin neçə yaşı var?
02 Oktyabr 2026 17:40
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
02 Oktyabr 2026 12:20
Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55


Bakı -°C

