Yol polisimiz MDB birincisi oldu - VİDEO
Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 90 illiyi münasibətilə Moskva şəhərində keçirilən “ən yaxşı yol patrul xidməti əməkdaşı” adlı peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb.
Adalet.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis kapitanı Emil İbrahimov müsabiqəyə dəvət olunmuş MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüb.
Müsabiqədə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan yol polisi əməkdaşları iştirak ediblər.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Sınaqlar yol hərəkəti qaydaları üzrə test imtahanı, yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.
Bütün mərhələlər üzrə yüksək nəticə göstərən polis kapitanı Emil İbrahimov birinci yeri qazanaraq yarışın qalibi olub.
Qeyd edək ki, bu, Emil İbrahimovun nüfuzlu müsabiqədə ilk uğuru deyil. O, Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibətilə keçirilən beynəlxalq yarışda da MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülmüşdü. Qaliblərin təltifetmə mərasimində Rusiya Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak edib.
Digər Xəbərlər
26 Avqust 2026 13:27
Sabah yağış yağacaq
26 Avqust 2026 10:30
Alyona Əliyeva Mehriban Əliyevanı təbrik etdi
26 Avqust 2026 10:25
“Xocalının qisası ləngisə də fidanı səhrada bitirən Allah bunu reallaşdırdı”
26 Avqust 2026 00:10
Bu gün Mehriban Əliyevanın doğum günüdür
26 Avqust 2026 00:02
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş etdi
25 Avqust 2026 18:30
Prezident Administrasiyasında sentyabrda kimlər vətəndaşları qəbul edəcək? – CƏDVƏL
25 Avqust 2026 16:41
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25 Avqust 2026 16:41


Bakı -°C

