İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə mübarizəyə töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir
Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir.
Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində deyilir.
O bildirib ki, Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir.
Dövlət başçısı qeyd edib ki, “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir:
“Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.
Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə kimi Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir”.
Digər Xəbərlər
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52


Bakı -°C

