adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Aprel 2018 12:27
17137
MARAQLI

İki dəfə edam edilən şəxs

Villi Frensis (12 yanvar 1929 – 9 may 1947-ci il) –amerikalı qatil idi. O 1945-ci ildə (16 yaşında) Luiziana ştatında elektriklistul ilə ölüm cəzasına məhkum edilmiş yeniyetmə, qaradərili cinayətkar idi.Onun başına gəlmiş hadisə elektrikli stulda edam cəzasının baş tutmadığı ilkhadisə idi. Lakin ölüm cəzası ikinci cəhd ilə həyata keçirilir. Bu cəhd vəkilVertrand DeBlankın etirazına səbəb olur. Belə ki, vəkil bu qəddar və qeyri-adicəza növünü 8-ci düzəlişin pozulması hesab edirdi.


3 may 1946-cı ildə Villi Frensisi elektrikli stula bağlayırlar. O işə düşdükdəVilli qışqırır: "Söndürün onu, mən qızarıram”. Onu cəld bir şəkildə stuldanayırırlar və ölüm cəzasına məhkum edilmiş məhbusların olduğu kamerayagöndərirlər. Stul isə yoxlanışa göndərilir. Rəsmi məlumata görə, stuldanaqillərdən biri sıradan çıxıbmış. Belə olduqda, cinayətkarın vəkili Vertran DeBlank Frensinin layiq görüldüyü ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəzedilməsinə nail olmağa çalışır.

O ştat komissiyasına əfv qərarı ilə müraciət edir və iddia edir ki, ölümcəzasını həyata keçirən türmə əməkdaşları işi icra edən zaman sərxoş idilər vəVilliyə təhdid edirdilər. Lakin əfv komissiyası bunu cəza növünündəyişdirilməsi üçün tutarlı səbəb hesab etmir və ölüm cəzası qüvvədə qalır.

9 may 1947-ci ildə, 13:00 və 14:00 arası Villi Frensis uğurlu şəkildə edamedilir.