"III qrup üzrə bəzi ixtisasların balları arta bilər" - Məleykə Abbaszadə

Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər.
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:
"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".
Digər Xəbərlər

Psixoloqlar müsahibəyə cəlb olunacaq

"Riyaziyyat fənni üzrə nəticələr aşağıdır" - DİM sədri

33,5 mindən çox şagirdə attestat veriləcək

43 mindən çox şagirdin elektron yerdəyişməsi aparılıb

Azad olunmuş ərazilərdəki məktəblərdən 58 şagird məzun olub

MÜTDA "Son zəng"lə bağlı çağırış etdi

Azərbaycan Universitetində “Diplomatik Masa” simulyasiya çempionatı keçirilib
