Azərbaycanda kazino oyunlarının keçirilməsinə icazə veriləcək

Azərbaycanda süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinə icazə veriləcək.
Adalet.az xəbər verir ki, bununla bağlı “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur.
Sənədə əsasən, qanuna yeni fəsil əlavə olunur, süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılır.
Beləliklə, süni torpaq sahələrində Azərbaycanın normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər. O cümlədən, kazino oyanları yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun tələblərinə cavab verən yerlərdə keçirilə bilər.
Kazino oyunlarının keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Oyunları yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs təşkil edə bilər.
21 yaşına qədər şəxslərin kazino oyunlarında birbaşa və yaxud dolayı iştirakına yol verilmir.
Digər Xəbərlər

Azərbaycan qanunvericiliyində "ərazi müdafiəsi" anlayışına yenidən baxılması təklif olunur

DİN: Məişət səs-küyü ilə bağlı qaydanı təkrar pozanlar daha sərt cəzalandırılacaq

Məhkəmə-Hüquq Şurasına yeni səlahiyyət verilir

Yol kənarlarında satışla məşğul olanlara MÜRACİƏT

"Qanunvericiliyə yeni dəyişiklik layihəsi hazırlanır" - Nazir
jpg-1750253567.jpg)
Malıbəylinin qoynundakı gözyaşı: "Üçbulaq"

Son günlər ölkəmizlə bağlı yayılan saxta xəbərlərə dair AÇIQLAMA
