"Riyaziyyat fənni üzrə nəticələr aşağıdır" - DİM sədri
"Riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır".
Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir:
"Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40%-ə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir".
DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70%-i açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40% idi:
"Yeni növ imtahana keçid edəndə maksimum 40% məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur".
Digər Xəbərlər
28 Iyul 2026 17:35
17 nəfər maksimal bal toplayıb
28 Iyul 2026 17:33
Qəbul imtahanının nəticəsi elan olundu
28 Iyul 2026 16:13
5 səhv sual müəllimlərin xeyrinə hesablandı
28 Iyul 2026 15:51
Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib
28 Iyul 2026 15:47
Magistratura üzrə respublika birincisi AzTU-nu seçdi - FOTO
28 Iyul 2026 11:02
Təmayül tədris modeli üçün müəllimlər necə seçiləcək? - AÇIQLAMA
27 Iyul 2026 09:35
Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı
24 Iyul 2026 23:00


Bakı -°C

