DİN “Son zəng”lə bağlı valideynlərə və məzunlara müraciət etdi

İyunun 14-də ümumtəhsil müəssisələrində “Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək.
DİN-dən Adalet.az-a bildirilib ki, tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcəkdir. Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq.
Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik.
Valideynlərə çağırış edirik ki, sürücülük hüququ olmayan övladlarına avtomobil idarə etməyə icazə verməsinlər.
Məzunları isə ictimai davranış qaydalarına ciddi riayət etməyə və sevincli günlərini təhlükəsiz şəkildə keçirməyə səsləyirik.
Digər Xəbərlər

Bu müəllimlərin maaşı 35% artırılıb

Məktəbli forması ilə bağlı AÇIQLAMA

Xaricdə təhsil almış daha 46 nəfərin diplomu tanınmayıb

Bir neçə abituriyent istintaqa cəlb edildi

"Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq" - Nazir

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək

Şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri məlum oldu
