III Çarlzın yeni avtomobili:Belə ucuzunu şoubiznesimizdə heç kim sürməz
jpg-1747730841.jpg)
İngiltərənin nüfuzlu nəşri Daily Mail Britaniya kralı III Çarlzın maraqlarından birini nəşr edib.
Adalet.az xəbər verir ki, avtomobil sevgisi ilə tanınan və qarajında Aston Martins-dən Rolls-Royces-a qədər dünyanın ən dəbdəbəli modellərinin yerləşdiyi Britaniya kralı III Çarlz 213 min dollardan çox dəyəri olan yeni avtomobil sifariş edib.
Sərvəti 600 milyon funt sterlinq qiymətləndirilən Monarx ekoloji təmizliklə birləşdirən tam elektrik Lotus Eletre hiper SUV alacaq. Avtomobil 900 at gücündə mühərrikə malikdir və bir dəfə doldurmaqla 513 km yol qət edə bilir.
III Çarlzın bu seçimi eko-fəallar tərəfindən müsbət qarşılanıb və qeyd ediblər ki, bu, monarxın elektromobilləri bəyənməsinin güclü siqnalıdır.
P.S. Bu xarici media bunu elə də şişirdə-şişirdə yazır ki, sanki Xristofor Kolumb Amerikanı təzədən kəşf edib. Alın sizin acığınıza mən ondan da bahalı maşından sitat gətirim. Bu ilin aprelində çox hörmətli mediamız ərz elədi ki, İmic dəyişikliyi ilə diqqət çəkən müğənni Zahidə Günəş daha bir maraqlı etiraf edib.
O, "Tarixin bir günü" verilişinə müsahibəsi zamanı ərindən ayrıldıqdan sonra özünə "Bentley" markalı lüks avtomobil aldığını bildirib.
Maşını üçün saydığı pulu dilə gətirən ifaçı hazırda subay olduğunu və evlilik düşünmədiyini açıqlayıb.
Ərinmədim axtardım-araşdırdım, məlum oldu ki, Bentley Mulsanne, 6.5 L, 2018 - 846 min AZN manatıdır. Onu da çevirdim ABŞ dollarına oldu 497.6468 dollar. Qısqancılığından partlasın , İngiltərə mediası....
Ağsaqqala demək istəyirəm ki, hələ 2014-cü ildə Xalq artisti Məleykə Əsədovamız 150 minlik avtomobil sürürdü, biz sevincimizi biruzə vermirdik.
Hələ Xalq artisti Aygün Kazımova "Chevrolet Camaro Cabriolet” markalı 90 000 dollar avtomobil sürəndə Azərbaycanda dolların kursu 0, 78 AZN idi.
Əntiqə Rəşid