adalet.az header logo
  • Bakı -°C
25 May 2026 09:00
53
AVTOMABİL
A- A+

Bakı həftəyə tıxacla başladı - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.

Adalet.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla tıxac olan ünvanları açıqlayır:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.