adalet.az header logo
  • Bakı -°C
27 Mart 2018 15:31
47455
MƏMLƏKƏT
A- A+

HƏZRƏT ABBAS ƏRİZƏSİ

Deyirlər ötənlərdə adamlar Həzrət Abbasa ərizə yazırmışlar, dərdlərini bildirirmişlər. Bilmirəm, indi yazan var, yoxsa yox. Bizim yazıçılar da bununla bağlı yazılar yazıb həmin adamları lağa qoyurdular, cahil adlandırırdılar.

Amma bu günlərdə televizyonda maraqlı bir veriliş izlədim. Bildiyiniz kimi, yəhudilər dünyanın ən ağıllı və savadlı milləti sayılır. Yəni cahil yəhudiyə rast gəlmək Marsda bir müsəlmana rast gəlmək kimi bir şeydi.

Bilmirəm, bizdə nə qədər adam Həzrət Abbasa ərizə yazıbmış, amma verilişdə gördüm ki, hər il milyondan çox yəhudi Qüdsdəki «Ağlaş divarı»nın (yaxud «Göz yaşı divarı») çatlaqlarına Musa peyğəmbərə ünvanlanmış ərizəsini qoyur. Sonra verilişdə həmin çatlaqlardan ərizələri təmizləyirdilər.

Amma bilmədim sonra o ərizələri yandırırlar, yoxsa arxiv materialı kimi saxlayırlar, yaxud da hansısa bir yolla Musa peyğəmbərin özünə göndərirlər.

Bu da belə, dostlar. Xahiş edirəm, bir də Həzrət Abbasa ərizə yazanları lağa qoymayın. Elə bu günlərdə birini özüm yazacam ki, Bayıldakı sürüşməni saxlasın.