Mənzil bazarında durğunluq...
Bu gün dünyanın çox yerində evlər, mənzillər günbəgün bahalaşır. Təbii ki, həmin bahalşma Bakının mənzil bazarlarında daha qabarıq görünür. Hər şeydən öncə hər ay Bakıda mənzillər az da olsa, bahalaşır. Şəhərin mərkəzində və mərkəzə yaxın yerlərdə mənzillərin qiyməti çox bahadır.
Ona görə də əksər insanlar bu əl yandıran mənzillərə yaxın dura bilmirlər! Nisbətən şəhərdənkənar yerlərdə qiymətlər bir qədər ucuz olsa da , amma o evlərə yaxın durmaq mümkün deyil! Məsələn, Yeni Günəşlidə, Əhmədldə şəhərin mərkəzinə nisbətən evlər xeyli aşağı qiymətə satılır.
Mərdəkan, Şüvələn, Maştağa, Zabrat, Məhəmmədli, Kürdəxanı, Masazırda evlər elə də ucuz deyil. Mənzil üzrə ekspert İlham Məmmədov deyir ki, son üç-dörd ayda mənzillərin alışında və satışında bir durğunluq yaranıb. Hər ay mənzillərin qiyməti artır. Amma bunu baxmayaraq, mənzil bazarında durğunluqdur.Əgər əvvəllər bizim vasitəçiliyimizlə ayda 6-7 mənzil satılırdısa, indi çox çətinliklə ən yaxşı halda biri satıla bilir! Çünki imkanlı və varlî adamların 3- 4 mənzili var, ortababablar isə çətinliklə də olsa , mənzil ala biliblər. Kasıblarınsa, mənzil almağa maddi imkanı çatmır.
Onda mənzil almaq üçün çıxış yolu ipotekaya qalır və onu da hər adama vermirlər.Bax ,beləcə Bakıda mənzil bazarında durğunluq yaranıb, canlanma nə vaxt olacaq? Bax , onu deyə bilmərik!!!
Emil FAİQOĞLU


Bakı -°C

