adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Dekabr 2019 14:22
126688
MƏDƏNİYYƏT

Heyranlarının sayını itirən “Şəki pitisi”

Dünyanın zənginvə dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin qədim yeməklərindənhesab edilənpiti zəngin tərkibi və fərqli ləzzəti ilə illərdir evlərimizin süfrələrini bəzəyir. Yadımdan çıxmamışbildirim ki, Azərbaycan milli mətbəxinifərqləndirən bir xüsusiyyəti ondan ibarətdir ki, bəzi yeməklərimiz həm birinci,həm də ikinci xörəyi əvəz edir. Məsələn, piti kimi. Piti Şəkinin şah yeməyidir.Özünəməxsus bişirilmə üsulu və yeyilmə orijinallığı ilə seçilən bu yemək növünədünyanın heç bir ölkəsinin mətbəxində rast gəlmək mümkün deyil. Odur ki, Şəkiyəüz tutan bütün qonaqların sifarişində piti əsas yer tutur. Qeyd edək ki, Şəkininmilli yeməyi sayılan pitini hər adam istənilən səviyyədə bişirə bilmir. Pitinin özəlliyindən biri də odur ki, yalnızgildən hazırlanan dopuda bişirilməlidir. Ağzının dadını bilən həmsöhbətimbildirir ki, hərdən bunu qazanda bişirirlər, amma dopudan başqa qabda bişirilənyeməyi piti adlandırmaq düzgün deyil:” Heç içərisinə kartof tökülən pitinidəpiti hesab etmirəm”. Azərbaycan yeməklərinə incəsənət əsəri kimi baxan həmin həmsöhbətim isə iddia edir ki, Qarabağda və Gəncədəbişirilən pitilərin də özünəməxsus dadı-tamı var və "Şəki pitisi”ndən heçdəgeri qalmır:” Qarabağda, xüsusən, Şuşadabişirilən pitinin hər payına mütləq sümüklü qoyun əti, iri noxud ,quyruq, baş soğan, şabalıd,quru alça, zəfəran yaxud təzəpomidor, quru nanə və tam üçün duz,istiot götürülür. Sümüklü ətin pitiyə verdiyi dad bir başqa cür olur.”



Ötən il yaydaailəlikcə Şəkiyə gəzməyə getmişdik. Kirayə qaldığımız evin sahibəsi,restoranların birində aşbaz işləyən Cəmilə xaladan pitinin digər özəlliklərinidə soruşduq.O söylədi ki, pitimizi xüsusi qayda ilə bişirdiyimiz üçün nəinki Azərbaycanıneləcədə, dünyanın bir çox yerindən məxsusi bu yeməyi dadmaq üçün şəhərimizəqonaq gəlirlər:”Dopuya duz, 100 qram noxud, 100 qram sümüksüz qoç ətiniqıyma-qıyma doğrayıb tökürlər. Üzərinə 50 qram da quyruq əlavə edilir. Dahasonra bunun üzərinə su töküb bişməsi üçün kürəyə qoyuruq. Yemək sabaha qədərodun üzərində qalsa, daha da ləzzətli olacaq. Ətin kəfini də qabın üstündənyığmaq və qapağını da kip örtmək lazımdı. Piti vam odda qaynamalıdır.Qaynadıqdan sonra şabalıd kənarda təmizlənir və hər dopuya 1 və ya da 2 dənə əlavəolunur. Həmçinin 1 ədəd gavalı qurusu da əlavə edilir. Zəfəranı isə kənarda dəmləyirikvə süfrəyə verilənə yaxın 1 çay qaşığı hər dopuya tökürük. Ən əsası yemək yeyilərkənmütləq yanında baş soğan, sumax olmalıdır.” Bəli, bu şəkili Cəmilə xalanınbişirdiyi "Şəki pitisi”dir.

Ötən il Avropada çox izlənən"Euronews" telekanalının "Postcards"("Açıqcalar") bölümü Şəki mətbəxinin məşhur yeməyi olan piti haqqındasüjet də yayımlandı. Pitinin dadlı və ləzzətliolmasının "sirləri” təqdim olunub.

Dünən isə bu dadlı yeməyi sevənlərdən biri-Böyük Britaniyanın Azərbaycandakı səfiriCeyms Şarp öz şəxsi Tvitter səhifəsində maraqlı bir paylaşım edib. Masadapiti yeməyini şəklini çəkib, ona isə "dadlı və yeməli” "smaylik”ini əlavə edib.Paylaşım izləyicilərin marağına səbəb olub. Belə qənatə gəlmək olar ki, artıq cənab səfir də ağzının dadını piti yeməyiilə zənginləşdirib.

Bir nüansıdaqeyd edim, bir neçə il əvvəl Rusiyanın məşhur qəzetlərindən olan "KomsomolskayaPravda”da Azərbaycan mətbəxinin incisi – Şəki pitisi ermənilərin milli yeməyikimi təqdim olundu.Bütün yeməklərimizin saxta variantını yaradım erməni brendietməyə çalışan bədxah qonşularımızın buyöndə çalışmasımənasız olacaq. Çünki, Şəki Pitisi, elə Şəki Pitisidir.

Əntiqə Rəşid