Hərbi vəzifəlilər atışlar icra etdilər - VİDEO
Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışıında praktiki məşğələlər keçirilir.
Adalet.az xəbər verir ki, tədris proqramına müvafiq olaraq toplanışa cəlb edilmiş heyətlə səhra şəraitində (çöl şəraitində) növbəti məşğələlər keçirilib.
Təlim mərkəzində baş tutmuş məşğələ zamanı əvvəlcə iştirakçılar bölmələrimizin silahlamasında olan atıcı silahların natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə praktiki vərdişlərini sınayıblar.
Sonra isə ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib.
Növbəti mərhələdə hərbi vəzifəlilər müxtəlif atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar icra ediblər.
Azərbaycan Ordusunun arsenalında yeni qəbul olunmuş müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin döyüş tətbiqi üsullarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilr, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir.
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

