adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Iyul 2020 15:08
46844
LAYİHƏ

Hər daşın altında bir tarix yatır

Öncə tarixdən başlayaq. Otarixdən ki, o yazılıb. Biz də orta məktəbin aşağı siniflərindən auditoriyalaraqədər bu tarixi az-çox öyrənmişik və hər imtahandan sonra da bizə elə gəlib ki,biz tarixi bilirik. Amma sən demə, biz yanılırıqmış. Doğrudur, deyirlər ki,şairlər fəhmli olur. Görünür elə buna görə də böyük Səməd Vurğun məşhur əsərlərininbirində yazırdı:

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin!..

Sonra böyük Məmməd Araz yazdıki, hər daş parçası bir tarixdi. Və onun ardınca da arxeoloq alimə üz tutub öyrəndiyivə təqdim etdiyi tarix üçün ona minnətdar olduğunu xatırladırdı.Mən butunbunları və ümumiyyətlə, tarixlə poeziyanın təmasını istənilən qədər davam etdirəbilərəm. Lakin indiki halda ehtiyac görmürəm. Çünki bizim bugünümüz əslindətarixi bilməyin nə qədər zəruri olduğunu bizə poeziyasız da diktə edir. Yənizorən cəlb edildiyimiz müharibə, işğal edilmiş torpaqlarımız, düşmənin uydurmaarqumentləri bizə birmənalı olaraq tarixi öyrənməyi, tariximizi özümüz kimitanımağı və ona istinad etməyi bizdən tələb edir.

Mən Dağlıq Qarabağdadoğulmuşam. Dünyanın zaman və tapıntıları baxımından ən böyük abidələrindənbiri olan Azıx mağarası Quruçay vadisində, Xocavənd rayonunun ərazisində yerləşir.Amma ən qədim insanın çənə sümükləri tapılan bu mağara böyük arxeoloq alim,tarixçi mərhum Məhəmmədəli Hüseynovun böyük zəhməti nəticəsində dünya arenasınaçıxarıldı. O sovet dönəmində də ermənilərlə vuruşa-vuruşa bu mağaranın şöhrətinidünya tarixçilərinin, arxeoloqlarının diqqətinə çatdırdı. Böyük alimin zəhmətihesabına Azıx mağarasından cəmi beş-altı kilometr məsafədə yerləşən ikinci birmağara da tarixə bəlli oldu. Bu da Böyük və Kiçik Tağlar mağaraları idi. İndibu qədim abidələr işğal altında olmaqla yanaşı, həm də ermənilərin informasiyamaşınının təqdimatında düşmən ölkənin mədəniyyət nümunələri kimi, ulu tarixin vərəqlərikimi təqdim olunur və burada Azərbaycan Elmlər Akademiyasının icazəsi olmadan tədqiqatlaraparılır. O cümlədən də Dağlıq Qarabağda və digər işğal altında olmuş ərazilərimizdə həmin acı taleyi yaşayır.

Yolum Ağcabədiyə düşmüşdü.Açığı yayın istisindən son yağışların gətirdiyi bir dinclikdən və bütövlükdəbir az torpağa, kəndə-kəsəyə yaxınlaşmaq istəyindən bəhrələnən bu səfər mənimüçün gözlənilməz sürprizlərlə yadda qaldı. İlk sürprizim az qala iki iləyaxındı ki, görmədiyim Ağcabədi rayon mərkəzindəki tikinti-abadlıq, özü dəplanlı bir arxitektorun məharəti ilə yaradılan səliqə-səhman qəflətən gözlərimönündə açılan gözəlliyi mənə yaşatdı. Açığını deyəcəm, bu gün respublikanın əksərşəhər və rayonlarında tikinti-abadlıq işləri aparılır. Ancaq bəzi şəhər vərayonlarda yol boyunca, küçə uzunu çəkilən ikitərəfli hasarlar öz arxasında çoxeyibləri gizlədir. Yəni bu cür abadlıq mənə yamaq kimi görünür, qəbul edəbilmirəm onu. Lakin Ağcabədidə gördüyüm səliqə-səhman məndə bir ev sahibinin,bir ağsaqqalın, torpağa, xalqa, dövlətə bağlı adamın canıyananlıqla, öz ailəsiüçün gördüyü işi xatırlatdı. Sevindim ki, döyüş bölgəsində, Azərbaycanın qədimbir guşəsində bu gün həyat doğrudan da çiçəklənir. Yol boyunca əkilən ağaclarınsırası da bu işlərə əlavə bir yaraşıq verir.

Ağcabədinin qədimliyini tarixdəndə bilirəm, oxuduğum bədii əsərlərdən də. Ancaq bu rayonda olarkəndost-tanışdan eşitdim ki, rayon ərazisində xüsusi arxeoloqlar - tədqiqatçılarqrupu işləyir. Özü də bu beynəlmiləlçi qrupa Almaniyadan olan bir xanımprofessor rəhbərlik edir. Maraq güc gəldi və elə o dostların təqdimatı ilə dəmillət vəkilləri Tahir Rza və Aqil Abbasla birlikdə arxeoloqların görüşünəgetdik. Yol boyunca bizimlə həmsöhbət olan Tahir Rza və Ağcabədinin digərtanınmış insanları bu arxeoloji qazıntılar barəsində həvəslə, ağızdolusudanışdılar. Eşitdiklərim məni əməlli-başlı səbirsiz edir, tələsdirirdi ki, həminünvana tez çatım, deyilənləri öz gözlərimlə görüb, şahid olum.

Bu da Ağcabədi rayonunun AşağıAran kəndinin bir tərəfi Xocavənd, bir tərəfi Ağdam olan Haramı düzü. Buradabizi arxeoloqlarla yanaşı, yerli sakinlər də qarşılayır. Bu qarşılanma məqamındamillət vəkili Aqil Abbasla ən doğma adam kimi görüşən, üz-gözündən yorğunluq, həmdə maraq tökülən bir nəfərin sevinci, canfəşanlığı diqqətimi çəkir. Öyrənirəmki, o, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya institutunun şöbəmüdiri Təvəkkül Əliyevdi. Təvəkkül müəllim onunla birlikdə çalışan Azərbaycan-Almaniyabeynəlxalq ekspedisiyanın rəhbəri doktor Barbara Helvinqi bizə təqdim edir.Türk dilində rahat danışa bilən Barbara xanım millət vəkillərinə gördükləri işlərbarəsində həvəslə, həm də xüsusi bir maraqla məlumat verir. Hiss olunur ki,millət vəkillərinin ekspedisiyanın çalışdığı əraziyə gəlişi onu bir az dasevindirib, ürəkləndirib. Elə sözarası da deyir ki, Ağcabədi rayon rəhbərliyi,xüsusilə rayonun icra hakimiyyətinin başçısı Şahin Məmmədov onlarla demək olarki, hər gün maraqlanır. Zəruri ehtiyaclarının ödənilməsinə, iş və yaşayış şəraitlərininqənaətbəxş olmasına diqqət yetirir.

Barbara xanımın dediklərindən məlumolur ki, bu gün Ağcabədi ərazisində Kamiltəpə deyilən arxeoloji abidələr -kurqanlar var. Sayı 37-ə çatan bu kurqanların beşində tədqiqatlar aparılır.Qazıntı işləri zamanı məlum olub ki, bu kurqanların yaşı eradan çox-çox əvvəllərə- 7600-8000 il əvvələ gedib çatır. Çox qəribədir ki, qazıntı aparılankurqanlarda arxeoloqları təəccübləndirən maddi-mədəniyyət nümunələri tapılıb.Burada hətta nərə balığının, eləcə də digər canlıların sümükləri, muncuqlar,küp qalıqları, kərpic, hətta ocaq külü da tapılıb. Ocaq yerinin ətrafındatapılan nümunələr isə həmin yerin kütləvi toplantı yeri olduğunu göstərir.Çünki tapılan maddi-mədəniyyət nümunələri bunu sübut edir.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.