adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyun 2020 12:19
67844
MƏDƏNİYYƏT

“Hələ nəğməm var mənim” - Pərvanə Bayramqızı yazır

Küçədən "öz ritmimlə” keçirdim. Dilimdə bir nəğmə səslənirdi.Hansı nəğmə olduğunu yazmayacam. "Şifrələnmiş” mahnıdır. Yanımdan ötən maşınınpəncərəsindən isə dilimdəki nəğmənin əksinə olaraq bir mahnı "hücumla küçəyəçıxırdı”: "Canım, canım, canım mənim, ürəyim sol yanım mənim”. Dilimdəkisevimli nəğməni ürəyimə ötürdüm. Balasını fəlakətdən qoruyan ana kimi bununlamahnını "xilas etməyə” çalışdım. İstəmədim bu havalı, sərbəst, ölçü-biçisiz mahnıyaqarışsın. Özümü Ağca xanımı Qaraca qızdan uzaq tutmağa çalışan Pəricahan xanımaoxşatdım. Konfiçyüsün "Musiqi və ritm, yollarını ruhun gizli künclərindətaparlar. Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuşdeməkdir” "göydəndüşmə” fikri cəmiyyətimizin hazırkı musiqi zövqünü əməlli-başlıaçıqlayır. Kütlənin musiqi zövqünün göstəricisi olan o mahnıya acı-acı güldüm.Neçə-neçə bəstəkarlar gəlib-getdi, neçə mahnılar unuduldu, dünya təzələndi,sevgiliyə edilən xitablar bir yana, bu ürək yerini dəyişmədi ki dəyişmədi; "ürəyim,sol yanım” – guya yeni ifadədir.

Bu mövzuda Flora Xəlilzadənin "Zəif mahnı mətnləri,yaxud sözü qiymətdən salanlar” adlı yazısı da fikrimə qüvvət vermək üçün əla mənbədir.Ənənəvi üsulla yazılmış mətnlər, adətən, dahilərdən gətirilmiş sitatlarlabaşlayır. Yazılarımdan birində sadə mətnlərin aforizmlərlə "makiyaj” edilib bəzədilməsininsavadlı görünməyə xidmət etdiyini vurğulamışdım. Bu dəfə də digər tərəfdənyanaşaraq deyirəm ki, "bəzi aforizmləri oxumamış olsaq belə, biz də o qənaətdəoluruq, amma səsləndirən kimi deyirlər ki, filankəsin sözüdür. O filankəs rəhmətlikbizdən qabaq yaşayıb deyə tez yazıb də. Düşünmək qabiliyyətinə malikolduğumuzdan bu cür deyimlər bizdən də çıxır”. Götürək musiqini. Bu sənətə hər kəsinözünəməxsus yanaşması var, amma hər adam öz münasibətini sözə çevirmir. Lüdviqvan Bethovenin "Ruhumu riqqətə gətirən musiqi bənzərsiz çiçəklərin açdığı vəalaq otlarının cücərə bilmədiyi bir diyara oxşayır; təəssüf ki, bunu anlayaninsanlar çox azdır” fikirlərinə bənzəyən sözlər, əminəm ki, çoxunun ağlına gəlib,amma heç yerə qeyd etmədiyindən tarixə düşməyib.

Vilyam Şeksprin də "O insan ki, içində musiqiduyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimiqaranlıqdır” qənaəti ilə, yəqin ki, çoxumuz razıyıq. Sitatları yekunlaşdırmaqolardı, əgər Hötenin "İfadənin etibarlı bir mənbəyə söykənməsi danışanın düşüncəsinəqanad verdiyi kimi, musiqi də duyğulara qanad verir”, – deyimini oxumasaydım.

Keçmişdən, kitablardan ayrılıb reallığa dönəndəyadıma özüm düşürəm. Musiqi ilə nəfəs alan, sözlə, şeirlə, nəğməylə dost olan mən!Çayın şırıltısını, quşların civiltisini dinləməklə başlamışdı səsə sevgim. Birdə Salam Qədirzadənin qaranquşların naqildə düzülüşünü nota bənzətməyi ürəyimdənolmuşdu. Hərdən ağlıma gələn melodiyaları Şuşadan aldığımız kiçik pianinodaçalırdım. Belə doğmalaşdım musiqi ilə. Nəğmələr məni duyan yaxın dostaçevrildi. Həmişə hisslərimi onlarla bölüşdüm.

Şeir nəğmənin yavan halıdır. Üzərinə qəlbininyağını əlavə edəndə dadlı bir yaxmaya dönür. Kiçik fərqlərini nəzərə almasaq,mahnıyla şeirə əkiz də demək olar. Mahnı var ki, elə bilirsən, özün bəstələmisən.Elə bilirsən, içində tarmar olduğun gün nota köçürmüsən. Elə bilirsən, dərdin səniçöllərə salan vaxt nalə çəkmisən, elə bilirsən, o mahnının bəstəkarı da özünsən,ifaçısı da. Göynədikcə zümzümə edirsən, zümzümən də qayıdıb səni göynədir. Sənmahnını, mahnı da səni oxuyur. Sirrinə çevrilən mahnılar da var. Onu təkcə özündinləmək istəyirsən. Duyğusuzlara qısqanırsan o mahnını. Hardasa eşitsənutanarsan, elə bilərsən, hamı səndən danışır. R.N.Güntəkinin "Damğa” və"Dodaqdan qəlbə” əsərlərində təsirli iki məqam var: birində epizodik qəhrəmansevglisini görəndə onu ələ verməmək üçün gözlərinə mil çəkir, digərində isə əsasqəhrəman sevdiyi qadını xilas etmək üçün özünü oğru kimi qələmə verir və həbsəatılır. Mahnıları gizlətmək də təxminən buna bənzəyir. Sirrinin açılmasındanqorxur, "yalanını” gizlətmək üçün bəstəkardan istifadə edir, mahnılarda gizlənirsən.Məsələn, filan mahnıda filan hissə sənsən, amma "mən yazmamışam” deyib "canınıqurtarırsan”.

İçimizdəki təlatümləri aça bilməyəndə o mahnılarıdinləyir, sakitləşirik. Hisslərimiz, duyğularımız şairdə, bəstəkarda, ifaçıdabirləşib mahnı olur. O mahnı da sən oluran. Bəzən nəsə demək istəyirsən, ya sözehtiyatının qıtlığından, ya da utanc hissinin "yüksək həddi” səbəbindən deyəbilmirsən. Hər şeyi ifadə etməyə bircə mahnı bəs edir. Dinləyirsən, dinlədirsən,dinlədirlər, hər şey aydın olur.

Musiqini mətndən sıyırıb tökəndə yerdə qalan şeirözü də çox vaxt özünə musiqi bəstələyir. Misralar dildə hansı ritmlə rəqs edəcəyiniözü göstərir. O şeirlər də nəğmədir. Axı onu da hansısa ürək öz nəğməsiyləyazıb.

Özündən xəbərsiz halda ürəyində məskən salan hisslərişeirlər, mahnılar göstərir sənə.

Cabir Novruz ruhundan qopub gələn "Sən elə birvaxtda rast gəldin mənə”, "Gecikmiş məhəbbət”, "Səni unutmaqdan ötrü” kimişeirlər musiqiyə bələnib daha da gözəlləşiblər. Bir az da öz nəğməni qatıboxuyanda təsəllini mahnıdan alıb toxdayırsan. Elə bilirsən, dərdinə çarətapdın. Elə bilirsən, yaxın bir kəs əlini çiyninə qoyub: "darıxma, hər şey düzələcəkvə ya yanındayam” deyir.

Duyğularımı şerlərlə anlada bilmərəm, çünki şairdeyiləm;

özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünkirəssam deyiləm;

düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm,çünki rəqqas deyiləm.

Lakin bunların hamısını musiqi ilə edə bilərəm.(Amadey Volfanq Mosart: Avstriya bəstəkarı)

Mən də Albert Eynşteyn kimi düşünürəm. "Əgər fizikolmasaydım, məmnuniyyətlə musiqiçi olardım”.

Həmişə musiqi içində düşünürəm, həyatımı musiqiiçində görürəm. Məhz buna görə Çarlz Darvinin dediyi kimi edirəm: "Əgər həyatımıyenidən yaşamalı olsaydım, ən azı hər həftə şeir oxumağı, musiqi dinləməyi özüməqayda edərdim”.

Bütün bu yazımın ruhunu Xəlil Cibran bir kəlmə iləaçır: "Musiqi ruhun dilidir. O həyatın sirrini açır”. Bayaqdan onu demək istəyirəm.Sirrinizi açan mahnıları başqalarından gizlədin. Kim bilir, eyni mahnınıbir-birindən gizlədən nə qədər insan var…

Mahnı da var ki, onu həyatının ən dəyərli hədiyyəsikimi qəbul edirsən, yadigar sanırsan. Yadigarı da qoruyar, sevər, başqasınıntoxunmağına razı olmarıq. Dinlədikcə sevinirsən, söz-söz, not-not tapırsansevdiyini, elə bil pazl yığırsan. "Hə, bax bunu demək istəyib” deyə tapandasevinirsən. Elə özün də çox vaxt ürəyindən keçənləri hansısa mahnının sayəsindəçatdırırsan. Beləcə mahnılaşırsan.

"Musiqi bəşəriyyətin universal dilidir. Bəli, biz dəbir-birimizlə bu dildə danışdıq, anlaşdıq” deyib Henri Longfellou. Haqlıdır, səninləmusiqi dilində danışıram. Bax, sən dedim. Duydunmu?

Ehtiyatda bir mahnı saxlayıram. Nə vaxt hiss etsəmki, səni narahat edirəm, onda göndərəcəm. Və çəkilib gedəcəm. Bağrıma daşbağlayıb bir də səni axtarmayacam. "Harda ki sözlər tərk edib gedir, o yerdəmusiqi başlanır” (Henrix Hayne.)

Nə deyirsən, göndərimmi o mahnını?