“Ümumiyyətlə, ağıllı insan üçün danışmaq vasitə deyil...”
“Mütləq danışmaq məcburiyyətində olan siyasətçilər yumşaq desək, naşı siyasətçilərdir. Tam formalaşmayan, intellektual bazanı yarada bilməyən siyasi şəxslərə belə deyilir. Ağıllı insanlar isə danışacaqları söz olduqda, yəni idarəetmə ilə formalaşdırdıqları praktiki prosesləri ifadə etmək zərurəti yarandıqda danışırlar. Bu tip insanlar ağıllı insanlar sayılır. Sükutu zəiflik kimi bilib, başı çıxdı-çıxmadı, “yuyulmamış çömçə” rolunu oynayaraq meydana tullananların taleyi müasir dövrdə həll olunur”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, çünki populist, iftira, böhtan, şantaj kimi siyasi üslubla diqqət qazanmaq istəyənlər diqqətsizlikdən məhv olub gedirlər:
“Səbəbi isə sadədir: müasir dünya insanları bu cür siyasi nağılları, laylaları artıq məntiqlə araşdıra bilir və belə siyasi qammazları tez təhlil edərək siyasi aləmin “zibil qutusuna” atır. Dünyada belə praktika ilə çox rastlaşmışıq. Belə boş, yersiz və mənasız danışan siyasətçilərin taleyi bizə bəllidir. Lakin sükutun özünün bir güc olduğunu anlayan, yalnız lazım olanda, düşünülmüş və zamanında əsaslı fikir bildirənlər də var. Az danışaraq çox şey deyənlər ağıllı siyasətçilər sayılır. Ümumiyyətlə, ağıllı insan üçün danışmaq vasitə deyil, vəsilədir bəli, biz təcrübəmizdən gördük ki, bəzi siyasətçilər danışmaq üçün düşünür, amma idarəetməni, dövlətçilik prinsiplərini həm elmi, həm də praktiki baxımdan bilən insanlar isə əvvəl düşünür, sonra danışırlar. İçi boş, mənasız səslərin çox eşidilməsinə baxmayaraq, dəyərli soydaşlarımız, xanımımız belə fikirlərə heç vaxt əhəmiyyət vermədi. Onlar az, lakin dəyərli sözlərə üstünlük verərək, böyük nəticələr əldə edən siyasi liderləri dəstəkləməyi üstünlük verdilər. Nəticə isə göz qabağındadır:
— Qarabağa dönüş
— Ərazi bütövlüyü
— Milli birlik
— Dövlətçilik prinsiplərinin siyasi əsaslarının gücləndirilməsi
— Sarsılmayan həmrəylik
— Suverenliyin möhkəmlənməsi
— Milli qürur
— Tarixi zəfər”.
Onun sözlərinə görə, bizə qarşı əsrlər boyu yönələn axmaq siyasi ideologiyanın darmadağın olması ağıllı siyasətçilərin fəaliyyətinin nəticəsidir:
“Bu siyasətçilər dövlətin gələcəyini qarant altına alan siyasi strategiya uğrunda çalışan dahi insanlardır. Axmaq siyasətçilər isə, əksinə, dövlətin gələcəyini riskə atan, təkcə siyasi deyil, qeyri-siyasi mühitə də zərbə vuran, ölkənin beynəlxalq nüfuzuna ləkə gətirməyə çalışan, cəmiyyəti parçalamağa can atan qammazlar fəslinə aiddir. Artıq dünyada bu tip düşüncə tərzinə və bu qəbildən olan siyasi metodlardan istifadə edənlərə maraq qalmayıb. Müasir dünya ağıllı liderləri qəbul edir və onların arxasınca gedir. Çünki inkişaf, tərəqqi, intellekt, qələbə, sabitlik, sosial və iqtisadi rifah, ən əsası isə təhlükəsiz dövlət anlayışı məhz bununla bağlıdır. Ona görə də xalq həmin liderləri dəstəkləyir. Biz artıq ağıllı idarəetmənin yaşatdığı qələbələri yaşayırıq. Bu, bizim üçün milli uğur və dərin düşüncənin diktə etdiyi müdafiə taktikasının zəfəridir.Sonda isə bəzi kəskin ifadələrə görə üzr istəyirik”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
02 Aprel 2026 11:07
"Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
02 Aprel 2026 10:56
Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin olundu
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47


Bakı -°C

