adalet.az header logo
  • Bakı -°C
15 Fevral 2026 13:09
77
GÜNDƏM
A- A+

Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadıldı

Həcc mövsümü üçün sənəd qəbulu QMİ tərəfindən martın 7-dək uzadılıb.

Adalet.az xəbər verir ki, bu barədə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılmışdır. Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq”, - o qeyd edib.