Sayğaclarda göstəricilər şişirdilir?
Bir gün ölkəmizdə bir çox abonentlər işıq, qaz , su sayğaclarında istifadə olunan enerjilərin şişirdiyliyini bildirirlər.Yəni sayğaclardakı əsas rəqəm əvəzinə, xidmət sahəsinin əməkdaşları artıq rəqəm yazırlar.
Bununla da abonentlər aldadılır və onlardan artıq pul alınır. Bu isə birmənalı olaraq qanun pozuntusu, ədalətsizlik deməkdir. Abonent Arif Əliyev deyir ki, bizim mənzildə qaz sayğacı " smart- kart" dı.Bir neçə gün sayğaca 20 manat pul yükləmişəm, bax elə həmin an 5 manat silinib.
Eyni zamanda mexaniki sayğacdan istifadə edənlər də problemlə üzləşirlər. Abonent Akif Həsənov deyir ki, əvvəllər mənzilimdə " smat- kart" sayğacı vardı və ayda 5 manat sayğaca yükləyirdim heç bir problem yaşamırdım. Amma " Azəriqaz" ın əməkdaşları onu mexaniki sayğacla əvəzləyəndən sonra hər ay 14 manat,14 manat 50 qəpik pul ödəyirlər.
Bax , bundan baş açmaq olmur! Bizim mənzildə də su sayğacı dəyişdirilib, onda qış günündə hər ay 31 manat ödəyirik. Biz dəfələrlə bu qanunsuz hərəkətlərlə bağlı həmin xidmət sahələrinin əməkdaşlarına öz iradlarımızı bildirmişik.
Amma onlar problemi həll etmək üçün bundan boyun qaçırib, öz nahaqq işlərinə haqq qazandırmaq üçün yüz bəhanə gətiriblər! Görünən odur ki, ya sayğaclar düzgün işləmir, ya da nəzarətçilər özləri əlavə pul yazılar. Hər halda, aidiyyəti qurumlar bu məsələləri həll etməli, abonentlərin haqlı narazılığını həll etməlidir. Abonentin cibinə girmək isə birmənalı olaraq qunun pozuntusudur və əməllərdə cinayət tərkibi var!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

