Almaniyada naməlum şəxslər bankı qarət etdilər
Üç naməlum şəxs Almaniyanın Ştur şəhərindəki "Volksbank" daxil olaraq oğurluq ediblər.
Adalet.az xəbər verir ki, bu barədə "Bild" qəzeti polisə istinadən xəbər verib.
Məlumata əsasən, oğurluq hadisəsi 13 fevral tarixində, nahar fasiləsi zamanı baş verib. Cinayətkarlar bankın zirzəmisinə pəncərədən girib və 14 seyf qutusunu oğurlayıblar.
Qeyd edilib ki, hadisə yalnız müştərilər və bank işçiləri özlərini pis hiss etmələrindən və ürəkbulanmalarından şikayətləndikdən sonra məlum olub. Daha sonra məlum olub ki, oğurluq edən şəxslər zirzəmiyə naməlum maddə püskürdüblər.
Polis artıq araşdırmaya başlayıb.
Digər Xəbərlər
03 Aprel 2026 16:51
İran rejimi məhv olanadək müharibə davam edəcək - Netanyahu
03 Aprel 2026 16:50
"Hörmüz boğazını asanlıqla aça bilərik"
03 Aprel 2026 16:31
Yaponiya tankeri də Hörmüz boğazını keçdi
03 Aprel 2026 10:30


Bakı -°C

