"Fənərbaxça" tarixinin rekorduna imza atdı
"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Türkiyə Superliqasında rekorda imza atıb.
Adalet.az xəbər verir ki, almaniyalı mütəxəssis çempionatda ardıcıl 19 oyundur məğlub olmur. Bununla da o, kluba gəlişindən sonra ən uzun məğlubiyyətsiz seriya üzrə 1965-ci ilə aid göstəricini təkrarlayıb. Məlumatı "Opta" yayıb.
Superliqanın 22-ci turunda İstanbul təmsilçisi səfərdə "Trabzonspor"u 3:2 hesabı ilə məğlub edib. “Fənərbaxça” Tedeskonun rəhbərliyi altında ilk 19 liqa matçında 13 qələbə qazanıb və 6 heç-heçə edib.
Beləliklə, Tedesko "Fənərbaxça"da 1964-cü ilin oktyabrından 1965-ci ilin fevralına qədər 19 oyunluq məğlubiyyətsiz seriyaya sahib olan Oskar Holdun rekordunu təkrarlayıb.
Hazırda “Fənərbaxça” 22 turdan sonra 52 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionata isə 55 xalla "Qalatasaray" başçılıq edir.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

