Güclü maqnit qasırğası BAŞLADI
Günəşdəki tac dəliyinin təsiri səbəbindən Yer kürəsində zəif maqnit qasırğası başlayıb.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Qeyd olunub ki, aadisənin pik nöqtəsi Bakı vaxtı ilə saat 06 radələrində qeydə alınıb və 1-dən 5-ə qədər olan şkala üzrə G1.3 təşkil edib.
Laboratoriyanın məlumatına görə, geomaqnit həyəcanlanmalarının ümumi davam etmə müddəti iki sutkaya qədər ola bilər. Alimlər qeyd edirlər ki, bu müddət ərzində qasırğanın G2 (orta) səviyyəsindən yuxarı qalxması ehtimalı azdır.
G1 səviyyəli maqnit qasırğaları kosmik aparatların idarəetmə sistemlərinə kiçik təsirlər göstərə bilər, həmçinin zəif qasırğaların təsiri zamanı yüksək enliklərdə (60 dərəcəyə qədər) qütb parıltıları müşahidə oluna bilər.
Digər Xəbərlər
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44
Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
07 Sentyabr 2026 19:34


Bakı -°C

