"Hazırda ailə dəyərləri itir" - Nazir müavini
"Süni intellektə əsaslanan texnologiyalar yeni və ciddi çağırışlar yaradacaq. Uşaqların bu dəyişikliklərə necə hazırlanması və bunun qanunvericilikdə necə əks olunması olduqca vacibdir. Düşünürəm ki, bu qanunun gələcəkdə də təkmilləşdirilməsinə ehtiyac olacaq".
Adalet.az xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
"Elm və Təhsil Nazirliyi olaraq biz öz məsuliyyətimizi dərk edirik. Nəzərə alsaq ki, sistemdə 1 milyon 600 mindən çox uşaq təhsil alır. Uşaqlar müxtəlif ailələrdə formalaşırlar və biz deyə bilmərik ki, hər ailədə yüksək səviyyəli mədəniyyət formalaşıb. Bəzən uşaqlar məkətbə gəldikdə artıq onların xasiyyəti formalaşır. Ailə dəyərləri çox önəmlidir. Müasir dövrdə dünyada bu çox böyük problemdir. Hazırda ailə dəyərləri itir. Hətta ailə institunun özünün yaşaması təhlükə altındadır".
Digər Xəbərlər
28 Yanvar 2026 13:58
Uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulması təklif olunur
28 Yanvar 2026 13:08
"Saxta əlilliklərin hamısı üzə çıxdı" - Komitə sədri
28 Yanvar 2026 11:35
Uşaqlar barəsində yeni dövlət siyasəti müəyyənləşir
28 Yanvar 2026 11:28
Həkimlər körpələrin yanına buraxılmayıb - Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə
28 Yanvar 2026 11:13
Uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq
28 Yanvar 2026 10:58
Komitə sədri Milli Məclisə gəldi - Uşaq hüquqları müzakirə olunur
28 Yanvar 2026 10:29
DYP hava ilə bağlı xəbərdarlıq etdi
27 Yanvar 2026 18:04


Bakı -°C

