HARDA MÜSƏLMAN GÖRÜRƏM, QORXURAM

Bu hadisə Almaniyadabaş verib və gerçəkdir.
Bir sünni bir şiə ilədava edir, sonra polis tərəfindən bölməyə çağırılırlar. Rəis onlardan nə üçündava etdiklərini soruşur. Sünni deyir:
- Bu adam Əbu Bəkir,Ömər və Osmanı təhqir etdi.
Şiə deyir:
- Bu adam da Əlininhaqqını tapdaladı.
Rəis deyir:
- Demək ki, dava sadəcəsizing aranızda olmayıb. Biz bu adını çəkdiyiniz adamları da bölməyə çağıraq,hadisəni bir də onlardan eşidək.
Sünni ilə şiə deyir:
- Onları çağıra bilməzsiniz.
Rəis soruşur:
- Niyə? Onlar da buhadisənin şahidləri deyilmi?
Sünni ilə şiə deyir:
- Rəis, onlar 1400 ildənçoxdur ki ölüb.
Rəis yanındakı polisişçisinə deyir:
- Bu ikisini də aparruhi xəstəxanaya, yoxlasınlar görək başları yerindədirmi, sağlamdırlarmı?